Azərbaycan millisi EEVZA çempionatında pley-offa yüksəlib
Çimərlik voleybolu üzrə 18 yaşadək oğlanlardan ibarət Azərbaycan millisi Şərqi Avropa Voleybol Zonal Assosiasiyasının (EEVZA) çempionatında pley-offa yüksəlib.
Bu barədə "Sizinxeber.az"a Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətindən məlumat verilib.
Komanda Latviyanın Cesis şəhərindəki yarışda pley-offa vəsiqə qazanıb. İbrahim Məmmədov və Muhəmməd Aslanlıdan ibarət kollektiv qrup mərhələsində Latviya və Estoniya yığmalarını 2:0 hesabı ilə məğlub edib.
Təmsilçilərimiz pley-offda Litva komandası ilə qarşılaşacaq.
Qızlardan ibarət U-18 yığması qrup mərhələsində mübarizəni dayandırıb.
Yarışda Latviya, Litva, Estoniya, Polşa, Ermənistan, Gürcüstan və Ukrayna milliləri mübarizə aparır.
Qeyd edək ki, yarışa iyulun 3-də yekun vurulacaq. İlk üç pilləni tutan komandalar Avropa çempionatına vəsiqə qazanacaqlar.
Oxşar xəbərlər
Azərbaycan təmsilçiləri Şərqi Avropa Voleybol Zonal Assosiasiyasının çempionatındakı çıxışlarını başa vurublar
Azərbaycanın voleybol millisi EEVZA çempionatında iştirak edəcək
Azərbaycanın çimərlik voleybolu komandaları EEVZA çempionatında çıxış edəcəklər
EEVZA: Azərbaycan millisi bu gün ilk oyununu keçirəcək
Azərbaycanın çimərlik voleybolçuları beynəlxalq turnirdə iştirak edəcəklər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













