Azərbaycan təmsilçiləri Şərqi Avropa Voleybol Zonal Assosiasiyasının çempionatındakı çıxışlarını başa vurublar
sizinxeber.az xəbər saytı

Azərbaycan təmsilçiləri Şərqi Avropa Voleybol Zonal Assosiasiyasının çempionatındakı çıxışlarını başa vurublar


Azərbaycanın 20 yaşadək qız və oğlanlardan ibarət yığmaları çimərlik voleybolu üzrə Şərqi Avropa Voleybol Zonal Assosiasiyasının (EEVZA) çempionatındakı çıxışlarını başa vurublar.

"Sizinxeber.az" xəbər verir ki, Litvanın Vilnüs şəhərində təşkil olunan yarışa bu gün yekun vurulub.

Çempionatda Azərbaycan, Litva, Latviya, Polşa, Estoniya, Ukrayna, Ermənistan və Gürcüstandan ümumilikdə 15 qız və 15 oğlan komandası mübarizə aparıb.

Təmsilçilərimiz İbrahim Məmmədov və Muhəmməd Aslanlı, Xədicə Hadızadə və Cəmilə Bəşirova yarışı 8-ci pillədə başa vurublar.

Yarışda komandalarımız iki dəfə Ermənistan və Gürcüstan milliləri ilə qarşılaşıb və hər iki görüşdə qalib gəliblər.

Qeyd edək ki, çimərlik voleybolu üzrə 18 yaşadək qızlardan və oğlanlardan ibarət komandalarımız iyunun 30-dan iyulun 5-dəl Latviyanın Cesis şəhərində təşkil olunacaq Şərqi Avropa Voleybol Zonal Assosiasiyasının (EEVZA) çempionatında iştirak edəcəklər.

Oxşar xəbərlər

Azərbaycanın çimərlik voleybolu komandaları EEVZA çempionatında çıxış edəcəklər
Azərbaycanın çimərlik voleybolu üzrə milliləri Ermənistan və Gürcüstan yığmalarına qalib gəlib
Azərbaycanın çimərlik voleybolu milliləri Ermənistan və Gürcüstan yığmalarına qalib gəlib
Azərbaycanın çimərlik voleybolçuları beynəlxalq turnirdə iştirak edəcəklər
Azərbaycanın voleybol millisi EEVZA çempionatında iştirak edəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər