FHN: Mərdəkanda dənizdə nəzarətsiz ərazidə 4 nəfər batıb
sizinxeber.az xəbər saytı

FHN: Mərdəkanda dənizdə nəzarətsiz ərazidə 4 nəfər batıb


Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində ən yaxın xilasetmə məntəqəsindən 3 km aralı, dənizdə nəzarətsiz ərazidə 4 nəfərin batması barədə məlumat daxil olub.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıcları çağırış üzrə cəlb olunub.

Hazırda dalğıc-xilasedicilər tərəfindən vətəndaşların batdığı ehtimal olunan istiqamətlər üzrə axtarışlar həyata keçirilir.

Oxşar xəbərlər

Mərdəkanda bir nəfər dənizdə batıb
Şüvəlanda bir nəfər dənizdə batıb
Buzovnada dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
Bilgəhdə dənizdə bir nəfər batıb
Bilgəhdə uşaq dənizdə batıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər