Azərbaycanın futzal millisinin baş məşqçisi: “Yunanıstanla səfər matçında bizi ancaq qələbə qane edəcək”
Yunanıstanla səfər matçında bizi ancaq qələbə qane edəcək.
Bunu “Report”a açıqlamasında Azərbaycanın futzal millisinin baş məşqçisi Vitali Borisov AVRO-2026-nın əsas mərhələsində Yunanıstana qarşı keçirəcəkləri oyunun hazırlıqları ilə bağlı danışarkən deyib.
Mütəxəssis komandanı maksimum hazır vəziyyətə gətirməyə çalışacaqlarını deyib:
“Artıq ikinci gündür ki, toplanışdayıq. Kənan Manafov, Murad Quluzadə və Nihad İsmayılov zədədən tam sağalsalar da, özlərini bir qədər narahat hiss edirlər. Seymur Məmmədov şəxsi problemlərə görə Yunanıstana gedə bilməyəcək. “Neftçi” İK-dən Eldar Zeynalovu dəvət etmişik. Yüksək Liqada keçirdiyi son iki oyunda özünü yaxşı tərəfdən göstərmişdi. Rövşən Hüseynli Qazaxıstan çempionatında “Kayrat”a qarşı oynadığına görə bu gün komandaya qoşulacaq. Oyuna 5 gün vaxt var. Bu müddətdə komandanı maksimum hazır vəziyyətə gətirməyə çalışacağıq. Bizi ancaq qələbə qane edəcək. Yunanıstana heç-heçə üçün getməyəcəyik”.
O, futzalçıların fiziki durumlarının hələ tam qaneedici olmadığını vurğulayıb:
“İki gündür fiziki məşqlər keçirik. Uşaqlar fiziki cəhətdən hələ tam hazır deyillər”.
V.Borisov Yunanıstanla oyunda şansları dəyərləndirib:
“Şanslarımız faiz nisbətilə 50-nin 50-yədir. Yunanıstanla Bakıdakı oyuna yaxşı başlamışdıq. Amma sonda heç-heçə qeydə alındı. Ona görə də şanslar bərabərdir. Yunanıstan çempionatının oyunları yayımlanmır deyə, izləmək çətindir. Ona görə də hansı dəyişikliklərin ola biləcəyini müəyyənləşdirmək çətindir. İsveçə və bizə qarşı matçlarda heyətdə dəyişikliklər var idi. İki əsas oyunçuları Bakıya gəlməmişdi. Yunanıstan martın 7-də Xorvatiyaya qarşı oynayacaq. Heyətləri müəyyənləşəndən sonra hansı dəyişikliklər olub-olmayacağı barədə məlumat əldə edə biləcəyik”.
Qeyd edək ki, Yunanıstan - Azərbaycan matçı martın 11-də, saat 21:00-da Afinada baş tutacaq.
Oxşar xəbərlər
Azərbaycanın futzal millisinin hazırlıq üçün heyəti açıqlanıb
Azərbaycan millisinin baş məşqçisi: "Yunanıstan və İsveçlə olan oyunlar bizim üçün final seriyasıdır"
Azərbaycan futzal millisinin İsveçlə oyun üçün heyəti açıqlanıb
Azərbaycan millisinin futzalçısı: “Yunanıstanla matça hər cəhətdən hazırıq”
Azərbaycanın futzal millisinin heyətində dəyişiklik edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mərkəzi Bank iki ödəniş təşkilatına icrası məcburi göstəriş verib
-
Şəkidə "Səyyar Gənclər Xidməti" layihəsinin açılışı olub
-
Azercell və "Samsung"dan yeni kampaniya!
-
Vaşinqtonda İsrail-Livan birbaşa danışıqlarının növbəti raundu başlayıb
-
AAF-nin prezidenti ilə Muhammed Yousef Al Mana arasında görüş keçirilib
-
Antiinhisar Dövlət Agentliyi AAYDA ilə bağlı araşdırmanı yekunlaşdırıb
