ABŞ atəşkəsə nəzarət məqsədilə İran və Livanla birgə qrupun yaradılması üzrə hazırlıqları davam etdirir
sizinxeber.az xəbər saytı

ABŞ atəşkəsə nəzarət məqsədilə İran və Livanla birgə qrupun yaradılması üzrə hazırlıqları davam etdirir


ABŞ İsveçrədə keçirilən görüşlərdə əldə olunmuş razılaşmaların icrasını davam etdirəcək və bu çərçivədə Livan və İranla birlikdə atəşkəs rejiminin möhkəmləndirilməsi, müvafiq tədbirlərin icrasına nəzarət məqsədilə birgə qrupun yaradılması da nəzərdə tutulur.

"Report" xəbər verir ki, bu barədə Livan Prezidenti Cozef Aunun ABŞ-nin Vitse-prezidenti Cey Di Vens və dövlət katibi Marko Rubio ilə telefon danışığının yekunlarına dair məlumatda bildirilib.

Qeyd olunub ki, hazırda gələcək qrupun işinin təşkilati aspektləri və formalaşdırılması qaydası üzərində iş aparılır.

Söhbət zamanı Vens və Rubio İsveçrədə əldə edilmiş razılaşmaların sonrakı icrasının zəruriliyini vurğulayıblar.

Cozef Aun Livandakı vəziyyətə göstərilən diqqətə və "Hizbullah"la İsrail arasında müharibənin dayandırılmasına, dövlət hakimiyyətinin möhkəmləndirilməsinə və Livanın qərarlarının müstəqilliyinin təmin edilməsinə yönəlmiş səylərə görə ABŞ tərəfinə təşəkkür edərək bildirib ki, suverenliyin, vətəndaşların ləyaqətinin və təhlükəsizliyinin qorunması üçün müstəsna məsuliyyət məhz dövlətin üzərinə düşür.

Qeyd edək ki, bu gün Vaşinqtonda İsrail və Livan arasında danışıqların beşinci raundu başlayıb. Danışıqlar iyunun 25-dək davam edəcək.

Oxşar xəbərlər

Cozef Aun Netanyahu ilə danışıqlardan imtina edib - YENİLƏNİB
İsrail və Livan arasındakı atəşkəs üç həftə uzadılacaq
Cozef Aun: ABŞ və İran arasındakı razılaşma İsrail və "Hizbullah" arasındakı münaqişəyə son qoyacaq
Gideon Saar: "Hizbullah" İsrail və Livan arasında əsas maneədir
CNN: Rubio Vaşinqtonda İsrail-Livan danışıqlarına qatılacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər