Azərbaycan və Türkmənistan prezidentləri Şuşada inşa edilmiş birinci yaşayış kompleksində olublar
sizinxeber.az xəbər saytı

Azərbaycan və Türkmənistan prezidentləri Şuşada inşa edilmiş birinci yaşayış kompleksində olublar


İyunun 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Şuşa şəhərində inşa edilmiş birinci yaşayış kompleksində olublar.

APA xəbər verir ki, Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimov Türkmənistan Prezidentinə kompleks barədə məlumat verdi.

Bildirildi ki, təməli 2021-ci ildə dövlətimizin başçısı tərəfindən qoyulan və ümumi sahəsi 8 hektara yaxın olan bu kompleksdə iyirmi üç bina inşa edilib. Yaşayış kompleksindəki 450 mənzildən 28-i birotaqlı, 195-i ikiotaqlı, 190-ı üçotaqlı, 30-u dördotaqlı, 7-si isə beşotaqlıdır. Kompleksdə keçmiş məcburi köçkünlər, həmçinin xidməti mənzillərdə Şuşa şəhərində müxtəlif dövlət qurumlarında çalışan şəxslər yaşayırlar. Burada genişmiqyaslı abadlıq-quruculuq işləri görülüb, yaşıllıqlar salınıb, sakinlərin rahatlığı və istirahəti üçün hər cür şərait yaradılıb.

Oxşar xəbərlər

Prezident və Qurbanqulu Berdiməhəmmədov Şuşada inşa edilmiş birinci yaşayış kompleksində olublar
İlham Əliyev və Sərdar Berdiməhəmmədov Şuşada inşa edilmiş birinci yaşayış kompleksində olublar
Kəlbəcər şəhərində 4-cü yaşayış kompleksinin təməli qoyulub - YENİLƏNİB
Prezident Kəlbəcər şəhərində 524 ailəlik yaşayış kompleksinin tikintisi ilə tanış olub - YENİLƏNİB
Kəlbəcərdə 3-cü yaşayış kompleksində 29 bina tikiləcək - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər