Avropa Parlamenti Qərbi Balkan ölkələrinin Aİ-yə üzvlüklə bağlı islahatlarını dəyərləndirib
Avropa Parlamenti (AP) Bosniya və Herseqovinanın siyasi liderlərini Avropa İttifaqına (Aİ) üzvlüyə sadiqliklərini yeniləməyə və çoxdan gecikmiş islahatları təxirə salınmadan həyata keçirməyə çağırıb.
"Sizinxeber.az"un Balkan bürosu xəbər verir ki, bu barədə çağırış AP-nin Qərbi Balkan ölkələri ilə bağlı hesabatında qeyd edilib.
AP üzvləri Bosniya və Herseqovinanın birlik, suverenlik və ərazi bütövlüyü prinsipləri əsasında Aİ-yə üzvlüyünə dəstəklərini bir daha təsdiqləyiblər. Onlar ölkənin demokratik təsisatlarını gücləndirmək, qanunun aliliyini qorumaq, korrupsiya və mütəşəkkil cinayətkarlıqla mübarizə aparmaq, habelə bütün vətəndaşların fundamental hüquqlarına təminat vermək üçün islahatların aparılmasına çağırıblar.
Sənəddə həmçinin ölkənin Aİ istəklərinə mane olan siyasi motivli vetolara və parçalayıcı ritorikaya son qoyulması tələb olunub.
Parlamentin hesabatında Albaniyanın son illərdəki sürətli tərəqqisi alqışlanıb. Bununla belə, daxili siyasi qütbləşmənin aradan qaldırılmasının vacibliyi vurğulanıb. Ölkənin Aİ-yə qəbulu qrafikinin məhz aparılan islahatların keyfiyyəti ilə müəyyən ediləcəyi barədə xəbərdarlıq da edilib.
AP üzvləri Monteneqronun Aİ ilə bağlı islahatlarda nümayiş etdirdiyi davamlı tərəqqini alqışlayaraq danışıqları 2026-cı ilin sonunadək tamamlamaq iddiasını dəstəkləyiblər.
Hesabatın Şimali Makedoniya ilə bağlı hissəsində isə vurğulanıb ki, ölkənin Aİ-yə üzvlük danışıqlarındakı irəliləyişlər bundan sonra da davamlı və dərin islahatlardan asılı olacaq. Bununla yanaşı, qanunun aliliyi, məhkəmə islahatları və korrupsiyaya qarşı mübarizə sahələrində tərəqqinin olmamasından təəssüf hissi ifadə edilib.
Oxşar xəbərlər
Qərbi Balkan ölkələri Aİ-yə üzvlük prosesinə siyasi sadiqliklərini təsdiqləyib
Andrey Plenkoviç: Qərbi Balkan ölkələrinin gələcəyi Aİ daxilindədir
Pedro Sançez: Qərbi Balkan ölkələri olmadan Avropa İttifaqı tam deyil
Litva Qərbi Balkan ölkələrinin Aİ-yə üzvülyünə dəstək göstərəcək
Koşta: Avropa İttifaqı Qərbi Balkan regionuna davamlı dəstəyini davam etdirəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Valeh Ələsgərov: "Ələtdə "Faza 3" üzrə ağır sənaye zonasında tikintiyə başlanılıb"
-
SOCAR ilə ICD arasında Anlaşma Memorandumu imzalanıb
-
Əlilliyi olan şəxslərin və digər həssas qrupların sosial xidmətlərə əlçatanlığı müzakirə edilib
-
UEFA Konfrans Liqası: "Neftçi" "Dinamo" - "Sileks" cütünün qalibi ilə üz-üzə gələcək
-
Qiymətli kağızlar bazarı ilə bağlı yeni qanunvericilik paketi təqdim ediləcək
-
Köç karvanı Cəbrayılın Şükürbəyli kəndinə çatıb, açarlar təqdim edilib - FOTO - YENİLƏNİB
