Sənaye və kənd təsərrüfatı üzrə tikinti obyektlərinin elektrik xəttinə qoşulması subsidiyalaşdırılır
Prezident İlham Əliyev sənaye və kənd təsərrüfatı üzrə tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulma xidmətinə görə ödənişin subsidiyalaşdırılması haqqında fərman imzalayıb.
"Sizinxeber.az" xəbər verir ki, fərmana əsasən, "Sənaye və kənd təsərrüfatı üzrə tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulma xidmətinə görə ödənişin subsidiyalaşdırılması Qaydası" təsdiq edilib.
Qaydaya uyğun olaraq, sənaye və kənd təsərrüfatı üzrə tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulma xidmətinə görə Tarif (qiymət) Şurasının müəyyən etdiyi ödənişin 50 %-i qədər dövlət büdcəsinin vəsaiti hesabına subsidiya ödəniləcək. Fərman indiyə qədər elektrik şəbəkəsinə qoşulan sənaye və kənd təsərrüfatı üzrə tikinti obyektlərinə şamil edilir.
Nazirlər Kabineti subsidiyanın 2027–2030-cu illərdə ödənilməsinin maliyyələşdirilməsi üçün zəruri vəsaitin həmin illərin dövlət büdcəsi layihələrində nəzərdə tutulmasını təmin etməli, fərmandan irəli gələn digər məsələləri həll etməlidir.
İqtisadiyyat Nazirliyi Qaydaya uyğun olaraq, elektrik şəbəkəyə qoşulma xidmətinə görə ödənişin subsidiyalaşdırılmasını təşkil etməli, fərmandan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görməlidir.
Fərman 1 yanvar 2027-ci ildən qüvvəyə minir və 31 dekabr 2030-cu ilə qədər qüvvədədir.
Subsidiya sahibkarın müraciəti əsasında ödənilir.
Elektrik şəbəkəsinə qoşulmaya görə ödənişlər aşağıdakı şərtlər əsasında subsidiyalaşdırılır:
- hüquqi şəxslərə münasibətdə – nizamnamə kapitalında dövlətin iştirak payı 30 %-dən az olduqda;
- sahibkar Vergi Məcəlləsinə uyğun olaraq riskli vergi ödəyicisi olmadıqda;
- sahibkarın vergilər və digər icbari ödənişlər üzrə vaxtı keçmiş öhdəlikləri olmadıqda;
- təqdim edilmiş sənədlərdə uyğunsuzluq aşkarlanmadıqda.
Subsidiyalaşdırmanın şamil edildiyi sənaye və kənd təsərrüfatı sahələri aşağıdakılardır:
1. Bitkiçilik və heyvandarlıq, ovçuluq
2. Balıqçılıq və balıqartırma
3. Qida məhsulları istehsalı
4. İçki istehsalı
5. Tütün məmulatları istehsalı
6. Toxuculuq sənayesi
7. Geyim istehsalı
8. Dəri və dəri məmulatları, ayaqqabı istehsalı
9. Mebeldən başqa, ağacın emalı və ağacdan məmulatlar və tıxac istehsalı, hopdurma və
hörmə materiallar istehsalı
10.Kağız və karton istehsalı
11.Kimya sənayesi
12.Əczaçılıq məhsulları istehsalı
13.Rezin və plastik məmulatlar istehsalı
14.Digər qeyri-metal mineral məhsulların istehsalı
15.Metallurgiya sənayesi
16.Maşın və avadanlıqdan başqa, hazır metal məmulat istehsalı
17.Kompüter, elektron və optik məhsullar istehsalı
18.Elektrik avadanlığı istehsalı
19.Maşın və avadanlıq istehsalı
20.Avtomobil, qoşqu və yarımqoşqu istehsalı
21.Sair nəqliyyat vasitələrinin istehsalı
22.Mebel istehsalı
23.Digər sənaye məhsullarının istehsalı
Oxşar xəbərlər
Sənaye və kənd təsərrüfatı üzrə tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulması subsidiyalaşdırılır
Azərbaycanda tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulmasın haqqını Tarif Şurası təsdiq edəcək
Tarif Şurası tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulma xidmətinə görə ödənişin məbləğini təsdiqləyəcək
Azərbaycanda ilk dəfə su-kanalizasiya sistemlərinə qoşulma üçün tariflər təsdiq edilib
Azərbaycanda maye və təbii qaz təsərrüfatı obyektlərinin quraşdırılmasını 82 şirkət həyata keçirir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İlham Əliyev: "Bu gün yoxsulluğun və işsizliyin səviyyəsi təqribən 5 faiz təşkil edir"
-
Ağakərim Səmədzadə: "Azərbaycan ekoloji siyasəti iqtisadiyyatın bütün əsas sahələrinə inteqrasiya edir"
-
Cəlal Hüseynov: "Rumıniya klubuna keçidim karyeramda irəliyə atılan addımdır"
-
"İnter" Marko Palestra üçün "Atalanta"ya təklif göndərib
-
Neft Emalı Zavodunda yanğın başlayıb
-
Basqalda şəhid övladlarının "Zəfər" intellektual yay düşərgəsi keçirilib
