Zlatko Daliç: "Xorvatiya millisi keçmişdəki tarixlə yaşaya bilməz"
sizinxeber.az xəbər saytı

Zlatko Daliç: "Xorvatiya millisi keçmişdəki tarixlə yaşaya bilməz"


Xorvatiya millisi keçmişdəki tarixlə yaşaya bilməz.

"Report" xarici mediaya istinadən xəbər verir ki, bunu adıçəkilən yığmanın baş məşqçisi Zlatko Daliç İngiltərəyə qarşı DÇ-2026-nın qrup mərhələsinin oyunundan sonra deyib.

Mütəxəssis I turun qarşılaşmasında məğlubiyyətin xoş olmadığını bildirib:

"Rəqibin heyətində Harri Keyn yüksək səviyyəli futbolçudur və komandasına çox şey qazandırır. Keyn hələ də qol vurmaq bacarığına malikdir. Əvvəlki dünya çempionatlarında çox yaxşı çıxış etdiyimiz matçlar olub. Lakin həmin görüşlər indiki vaxta təsir etmir. Onlar artıq geridə qalıb və biz tarixlə yaşaya bilmərik. Hazırkı dünya çempionatına köklənmişik və bizi qarşıda növbəti oyunlar gözləyir".

Qeyd edək ki, İngiltərə - Xorvatiya matçı 4:2 hesabı ilə başa çatıb.

Oxşar xəbərlər

Harri Keyn İngiltərə - Xorvatiya oyununun ən yaxşısı olub
DÇ-2026: İngiltərə - Xorvatiya oyununda hesab açılıb - YENİLƏNİR
Harri Keyn Avropada ən yaxşı penalti zərbəsi yerinə yetirən futbolçudur
DÇ-2026: İngiltərə - Xorvatiya oyununda tərəflər fasiləyə bərabərliklə yollanıblar - YENİLƏNİR-4
Tomas Tuxel: "Xorvatiyaya qarşı öz oyunumuzu tapmağımız üçün bir qədər vaxt lazım gəldi"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər