Harri Keyn Avropada ən yaxşı penalti zərbəsi yerinə yetirən futbolçudur
İngiltərə millisinin və Almaniyanın "Bavariya" klubunun hücumçusu Harri Keyn 2023-cü ildən bu yana Avropada ən yaxşı penalti zərbəsi yerinə yetirən futbolçu olub.
"Sizinxeber.az" "Bild"ə istinadən xəbər verir ki, 31 yaşlı forvard bu müddət ərzində yerinə yetirdiyi 21 zərbənin heç birində hədəfdən yayınmayıb.
O, bu qollardan 13-nü Münhen təmsilçisinin heyətində vurub. Onbirmetrlik cərimə zərbələrini yerinə yetirməkdə 100% göstəriciyə malik digər futbolçu isə "Barselona"nın (İspaniya) hücumçusu Robert Levandovskidir. Lakin polşalı oyunçunun bəxtinə 2023-cü ildən bu yana cəmi 10 penalti düşüb.
Qeyd edək ki, Harri Keyn ötən gün UEFA Çempionlar Liqasının Liqa mərhələsinin I turunun görüşündə "Dinamo"ya (Zaqreb, Xorvatiya) qarşı vurduğu 5 qolun 3-də penaltidən fərqlənib.
Oxşar xəbərlər
Harri Keyn Çempionlar Liqasında bir rekordu qırıb, digərini təkrarlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Harri Keyn İngiltərə millisində 100-dən artıq oyun keçirən onuncu futbolçu olub [xfgiven_updateblue][/xfgiven_updateblue]
"Bavariya" böyük hesabla qələbə qazandığı oyunda rekorda imza atıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
“Qarabağ”ın hücumçusu dünyanın ən məhsuldar 60 bombardiri sırasına düşüb - ARAŞDIRMA [xfgiven_updateblue][/xfgiven_updateblue]
XXI əsrdə meydana çıxdığı oyunlara görə ən yaxşı qol ortalamasına malik futbolçular açıqlanıb - SİYAHI [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












