ICESCO: Halal sənayesi İslam dünyası üçün böyük iqtisadi fürsətdir
Halal sənayesi İslam dünyası üçün böyük iqtisadi fürsətdir.
Sizinxeber.az xəbər verir ki, bunu İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) Baş direktorunun müşaviri Amira Elfadil İslam İnkişaf Bankı (İİB) Qrupunun Bakıda keçirilən İllik Toplantıları çərçivəsibdə təşkil olunan Halal iqtisafiyyatının liderləri forumunda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, ICESCO 54 üzv ölkəni birləşdirir və təşkilat gənclər və qadınlar üçün yeni imkanların yaradılması, onların gücləndirilməsi istiqamətində çalışır.
“Biz gəncləri və qadınları necə gücləndirmək, təhsil, mədəniyyət və elm sahələrində ICESCO-nun əsas istiqamətlərindən istifadə etməklə daha böyük rol oynamaq yollarını araşdırırıq”, – Amira Elfadil vurğulayıb.
ICESCO rəsmisi bildirib ki, son illərdə təşkilat halal sənayesinin inkişafına xüsusi diqqət ayırır və Azərbaycana bu mühüm tədbirə dəvətə görə təşəkkür edib.
“Son dörd il ərzində halal sənayesi sahəsinə daha fəal şəkildə daxil olmuşuq. Bu istiqamətdə ICESCO-da aparıcı rol elm və texnologiya sektoruna məxsusdur. Biz təhsil və mədəniyyət sahələri ilə birlikdə çalışırıq”, – o bildirib.
Amira Elfadil halal sənayesinin yalnız iqtisadi deyil, həm də mədəni dəyərlərlə bağlı olduğunu qeyd edib.
“Halal sənayesinə mədəni baxımdan yanaşdıqda görürük ki, bu sahə müsəlmanların dəyərləri və mədəniyyətləri ilə formalaşıb”, – deyə ICESCO Baş direktorunun müşaviri əlavə edib.
O, həmçinin İslam İnkişaf Bankı (IsDB) ilə əməkdaşlıq imkanlarından danışaraq bildirib ki, iki təşkilat arasında anlaşma memorandumunun imzalanması planlaşdırılır.
“Əsas layihələrdən biri halal sənayesində imkanların artırılması və inkişafı üçün birgə fəaliyyət göstərməkdir”, – Amira Elfadil deyib.
Onun sözlərinə görə, ICESCO 2022-ci ildən etibarən üzv ölkələrdə halal sənayesi ilə bağlı seminarlar, təlim proqramları və maarifləndirmə tədbirləri həyata keçirir. Təşkilat hökumətlər, özəl sektor və qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq edərək halal sənayesinin inkişafına töhfə verməyə çalışır.
Oxşar xəbərlər
ICESCO-nun Baş direktoru Azərbaycana gəlib
ICESCO-nun Baş direktoru Prezident İlham Əliyevi təbrik edib
ITFC: İslam maliyyəsi ilə halal iqtisadiyyat arasında əlaqə gücləndirilməlidir
ICESCO-nun Baş Direktoru Azərbaycana baş sağlığı verib
Zehra Selçuk: 2028-ci ilə qədər qlobal halal bazarın həcmi 11 trilyon dollara çatacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Rusiyanın hərbi təyyarəsi İrkutsk yaxınlığında qəzaya uğrayıb
-
"Moody's" ABB-nin kredit reytinqini təsdiqləyib - YENİLƏNİB
-
AYNA: Bakıda daha 7 ünvanda tibb müəssisələrinə gələnlərə rahat şərait yaradılıb
-
Zakir Həsənov Milli Qurtuluş Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
-
Gəncədə iki avtomobil toqquşub, 4 nəfər xəsarət alıb
-
ABŞ-da B-52 bombardmançı təyyarə qəzaya uğrayıb
