IsDB: Beynəlxalq audit platforması süni intellekt texnologiyaları əsasında hazırlanıb
Beynəlxalq maliyyə institutlarının istifadə etdiyi audit və maliyyə idarəetmə platforması süni intellekt texnologiyaları əsasında hazırlanıb.
"Report" xəbər verir ki, bunu İslam İnkişaf Bankının (IsDB) Layihələrin Satınalınması və Maliyyə İdarəetməsi üzrə meneceri Aamir Ghani Mir Bakıda keçirilən IsDB Qrupunun 51-ci İllik Toplantısı çərçivəsində Azərbaycan Hesablama Palatasının təşkil etdiyi ilə "Davamlı Regional İnteqrasiya üçün Rəqəmsal Dövlət Auditi" tədbirində bildirib.
Onun sözlərinə görə, platforma layihələrin illik və yekun auditlərinin aparılması, audit hesabatlarının hazırlanması və portfel göstəricilərinin monitorinqi üçün istifadə olunur: "Sistem layihələrin audit vəziyyətini, vaxtında yoxlanılıb-yoxlanılmadığını və mövcud problemləri real vaxt rejimində izləməyə imkan verir. Bu texnologiyadan hazırda Dünya Bankı, Amerika İnkişaf Bankı, IsDB və Asiya İnkişaf Bankı istifadə edir. IsDB audit hesabatlarının hazırlanmasında süni intellekt əsaslı həllərdən istifadə edir. Sistem maliyyə audit hesabatlarını və idarəetmə məktublarını avtomatik qəbul edir, məlumatları yoxlayır və ilkin audit qiymətləndirməsini hazırlayır. Daha sonra peşəkar auditorlar bu nəticələri yoxlayır, mümkün uyğunsuzluqları aradan qaldırır və əlavə dəyər yaradır".
Oxşar xəbərlər
Hesablama Palatası auditdə süni intellektin tətbiqinə hazırlaşır
Nəsir Sadıqov: "Süni intellekt və bulud texnologiyaları dövlət auditində yeni imkanlar yaradır"
IsDB illik toplantısını 2026-cı ildə Azərbaycanda keçirəcək
Yasser Alaki: "IsDB Azərbaycan şirkətlərinin süni intellekt layihələrinə maliyyə dəstəyi verməyə hazırdır"
Nazir: "Azərbaycan İslam İnkişaf Bankı ilə əməkdaşlıqdan konkret nəticələr əldə edir"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Putin Kazanda Hakan Fidanla görüşəcək
-
Ruben Amorim "Milan"ın baş məşqçisi olub
-
WSJ: ABŞ İrana neft ixracını dərhal bərpa etməyə icazə verəcək
-
"Hizbullah" lideri: Xamenei və Pezeşkiana təşəkkür edirik
-
Qiymətli kağızlar bazarı ilə bağlı yeni qanunvericilik paketi təqdim ediləcək
-
UEFA Konfrans Liqası: "Neftçi" "Dinamo" - "Sileks" cütünün qalibi ilə üz-üzə gələcək
