Avarçəkmə və kanoe üzrə açıq Bakı birinciliyi keçiriləcək
sizinxeber.az xəbər saytı

Avarçəkmə və kanoe üzrə açıq Bakı birinciliyi keçiriləcək


İyunun 18-də avarçəkmə və kanoe üzrə açıq Bakı birinciliyi təşkil olunacaq.

"Sizinxeber.az"un məlumatına görə, yarış Bakı Şəhər Gənclər və İdman İdarəsi ilə Azərbaycan Su İdman Növləri Federasiyasının birgə təşkilatçılığı ilə keçiriləcək.

Turnir Bakı bulvarında, Su İdman Növləri Federasiyasının qarşısında ("Suraxanı" gəmi-muzeyinin yaxınlığında) baş tutacaq.

Birincilikdə paytaxt Bakı və Mingəçevirdən ümumilikdə 100-ə yaxın avarçəkən mübarizə aparacaq. Yarışlar üç yaş kateqoriyası üzrə (2008–2009, 2010–2011, 2012–2013) oğlan və qızlar arasında keçiriləcək. İştirakçılar akademik avarçəkmə və kanoe növündə birnəfərlik qayıqlarda, kayak növündə isə həm birnəfərlik, həm də ikinəfərlik qayıqlarda mübarizə aparacaqlar. Bütün növlərdə məsafə 500 metr olacaq.

Qaliblər diplom və medallarla mükafatlandırılacaqlar.

Qeyd edək ki, açıq Bakı birinciliyinin keçirilməsinin əsas məqsədlərindən biri idmançıların hazırlıq səviyyəsinin yoxlanılması və onların arasında rəqabətin gücləndirilməsidir.

Oxşar xəbərlər

Avarçəkmə üzrə açıq Bakı birinciliyi təşkil olunacaq
Avarçəkmə üzrə açıq Bakı çempionatı keçiriləcək
Avarçəkmə üzrə Azərbaycan birinciliyi keçiriləcək
Akademik avarçəkmə, kayak və kanoe üzrə Azərbaycan çempionatı keçiriləcək
Bakıda daha bir avarçəkmə yarışı keçiriləcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər