Elnur Bağırov: "Rəqabət qanunvericiliyinin tətbiqi yerli şirkətlərin beynəlxalq bazarlara çıxışını genişləndirə bilər"
sizinxeber.az xəbər saytı

Elnur Bağırov: "Rəqabət qanunvericiliyinin tətbiqi yerli şirkətlərin beynəlxalq bazarlara çıxışını genişləndirə bilər"


Türk Dövlətləri Təşkilatına (TDT) daxil olan ölkələrdə rəqabət qanunvericiliyinin səmərəli şəkildə həyata keçirilməsi və iqtisadi münasibətlərin daha geniş liberallaşdırılması yerli müəssisələrin inkişafına, eləcə də onların beynəlxalq bazarlara daxil olma imkanlarının artırılmasına əhəmiyyətli dəstək ola bilər.

"Sizinxeber.az"un Şuşaya ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri Elnur Bağırov "Türk Dövlətləri Təşkilatı ölkələrinin rəqabət qurumları rəhbərlərinin 3-cü iclası və Rəqabət Forumu"nda bildirib.

O vurğulayıb ki, iqtisadi operatorların formalaşması və möhkəmlənməsi üçün liberal iqtisadi münasibətlərin dərinləşdirilməsi zəruri şərtdir: "Türkiyə nümunəsi sübut edir ki, əvvəllər yalnız daxili bazarda çalışan şirkətlər ölkədaxili liberal iqtisadi şəraitdən bəhrələnərək sonradan xarici bazarlara daxil olub və başqa ölkələrdə də böyük iqtisadi nailiyyətlər qazanıblar. Rəqabət qanunvericiliyinin tətbiqi təkcə pozuntuların qarşısını alan preventiv mexanizm olmayıb, həm də iqtisadi inkişafı stimullaşdıran bir vasitədir".

E. Bağırov qeyd edib ki, rəqabət qurumları hökumətlərə iqtisadi münasibətlərin daha da liberallaşdırılmasına istiqamətlənmiş həvəsləndirici tövsiyələr təqdim etməlidir: "Bu da rəqabət mühitinin gücləndirilməsinə, biznes fəaliyyətinin effektivliyinin artmasına və iqtisadi operatorların potensialının genişlənməsinə zəmin yaradacaq. Belə yanaşma nəticəsində dövlət büdcəsinə vergi daxilolmaları arta, istehlakçı rifahı yüksələ, ixrac imkanları genişlənə və şirkətlərin ölkə sərhədlərindən kənarda fəaliyyət perspektivləri daha da böyümüş olar".

Oxşar xəbərlər

Elnur Bağırov: "Türk dövlətləri rəqabət siyasətində koordinasiyanı gücləndirməlidir"
Elnur Bağırov: "Transmilli korporasiyaların güclənməsi rəqabət siyasətini yenidən formalaşdırır"
Elnur Bağırov: "Rəqabət siyasəti regional iqtisadi inteqrasiyanın əsas dəstək mexanizmlərindən biri olmalıdır"
TDT çərçivəsində rəqabət pozuntularına dair vahid bazanın yaradılması təklif olunub
Şuşada TDT-nin rəqabət qurumları arasında birgə kommünike qəbul edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər