İran-ABŞ arasındakı razılaşma layihəsində yeni təkliflər var
İran ABŞ-la razılaşma layihəsində neft sanksiyalarının yumşaldılması və dondurulmuş aktivlərin azad edilməsinin nəzərdə tutulduğunu bildirib.
İranlı yüksəkvəzifəli şəxs Reuters agentliyinə bildirib ki, ABŞ ilə hazırlanan anlaşma memorandumunun yekun layihəsi Tehranın nüvə proqramından tutmuş Hörmüz boğazının yenidən açılmasına qədər bir sıra mühüm məsələləri əhatə edir. Onun sözlərinə görə, tərəflər arasında yekun saziş memorandum imzalandıqdan sonra 60 gün ərzində müzakirə olunacaq.
İranlı rəsminin sözlərinə görə, layihəyə əsasən, Tehran Hörmüz boğazını dərhal beynəlxalq gəmiçilik üçün yenidən açacaq. Bunun müqabilində ABŞ İran limanlarına qarşı tətbiq etdiyi dəniz blokadasını dayandıracaq.
Sənədə əsasən, ABŞ yekun saziş əldə olunana qədər İrana qarşı yeni sanksiyalar tətbiq etməyəcək. Razılaşmanın qüvvəyə minməsindən sonra isə ABŞ və BMT tərəfindən tətbiq olunan bütün sanksiyalar əvvəlcədən razılaşdırılmış qrafik üzrə ləğv ediləcək. Eyni zamanda, Vaşinqton müəyyən müddət ərzində İran neftinə qarşı sanksiyaları yumşaldacaq ki, Tehran neft ixracını bərpa edə və gəlir əldə edə bilsin.
İranlı rəsmi bildirib ki, ABŞ həmçinin İranın dondurulmuş 25 milyard dollar həcmində aktivlərinin azad edilməsinə razılıq verib. Bu vəsaitlərin bir hissəsinin birbaşa köçürmələr, regional tərəfdaşlarla əməkdaşlıq və kredit xətləri vasitəsilə İrana çatdırılması nəzərdə tutulur. Bundan əlavə, ABŞ-ın regional müttəfiqləri ilə birlikdə İranın yenidən qurulması və inkişafı üçün xüsusi proqram hazırlayacağı, bu proqramın da 60 gün ərzində Tehranla razılaşdırılacağı qeyd olunub.
Nüvə proqramı ilə bağlı müddəalara görə, İran nüvə silahı istehsal etməyəcəyini və əldə etməyəcəyini öhdəsinə götürür. Yekun saziş imzalanana qədər Tehran nüvə proqramının hazırkı vəziyyətini qoruyacaq, uranın zənginləşdirilməsini genişləndirməyəcək və yeni nüvə obyektləri tikməyəcək.
İranlı rəsmi əlavə edib ki, ABŞ gələcək hərtərəfli saziş çərçivəsində Tehranın yüksək səviyyədə zənginləşdirilmiş uran ehtiyatlarını İran ərazisində durulaşdırmasına razılıq verib. Uran ehtiyatlarının taleyi və zənginləşdirmə proqramının gələcək parametrləri memorandumun imzalanmasından sonrakı 60 günlük danışıqlar zamanı müəyyənləşdiriləcək.
Qeyd edilir ki, nə ABŞ, nə də İran bu layihənin bütün detalları ilə bağlı rəsmi açıqlama verməyib. Bununla belə, tərəflərin uzun müddətdir davam edən gərginliyi azaltmaq üçün diplomatik səyləri davam etdirdiyi bildirilir.
Oxşar xəbərlər
Qətər nümayəndə heyəti ABŞ ilə razılaşma üzrə danışıqları yekunlaşdırmaq üçün İrandadır
İranın ABŞ-la 14 maddəlik razılaşmasının detalları bilinib
İranla ABŞ arasında 14 maddəlik razılaşmanın detalları bilinib
Bəqai: İranla ABŞ arasında yekun razılaşma ilə bağlı hələ nəticə əldə olunmayıb
Tramp İrana planlaşdırılan zərbələrin ləğv edildiyini açıqlayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Zelenski Rusiyanın 10 rabitə operatoruna sanksiya tətbiq edib
-
Ərdoğan futbol üzrə Türkiyə yığmasına uğurlar arzulayıb
-
DİN: "Son zəng" günü ilə bağlı keçirilən tədbirlər zamanı ciddi hüquqazidd halların qarşısı alınıb
-
Şotlandiya millisinin baş məşqçisi Klark: "Hər kəs bildirirdi ki, mütləq qələbə qazanmalıyıq"
-
"Yüksəliş" müsabiqəsinin İdarəetmə bacarıqları imtahanı keçirilib
-
BFMTV: İyunun 17-də Versal sarayında Trampın şərəfinə rəsmi qəbul veriləcək
