Elmar Baxşıyev: "Sabah", "Qarabağ" və "Zirə"nin avrokuboklardakı rəqibləri münasibdir"
sizinxeber.az xəbər saytı

Elmar Baxşıyev: "Sabah", "Qarabağ" və "Zirə"nin avrokuboklardakı rəqibləri münasibdir"


"Sabah", "Qarabağ" və "Zirə"nin avrokuboklardakı rəqibləri münasibdir.

Bunu "Report"a açıqlamasında "Araz-Naxçıvan"ın sabiq baş məşqçisi Elmar Baxşıyev deyib.

O, Azərbaycan təmsilçilərinin turnirdəki şanslarını dəyərləndirib:

"Hər 3 komandaya münasib rəqiblər düşüb və onlar keçilməlidirlər. Komandalarımızın 3-ü də favoritdir. Həm səviyyə baxımından, həm də rəqiblərlə müqayisədə çox üstündürlər".

Mütəxəssis "Sabah"ın növbəti mərhələdəki potensial rəqibləri barədə indidən narahatlıq keçirməyin doğru olmadığını diqqətə çatdırıb:

"Növbəti mərhələni indidən düşünmək bir az yanlış olar. TNS Uels çempionudur. Hər bir ölkənin çempionu sürpriz etməyə qadirdir".

E.Baxşıyev "Qarabağ"ın liqa mərhələsinə vəsiqə qazanmaq şanslarını şərh edib:

"Şansları faizlə dəyərləndirməzdim. Amma "Qarabağ"ın böyük avrokubok təcrübəsi var. Ağdam təmsilçisi avrokuboklara necə hazırlaşmağı yaxşı bilirlər".

Qeyd edək ki, "Sabah" UEFA Çempionlar Liqasının 2026/2027 mövsümünün I təsnifat mərhələsində Uelsin TNS klubu ilə qarşılaşacaq. "Qarabağ" UEFA Avropa Liqasının I təsnifat mərhələsində İslandiyanın "Vestri" komandası ilə üz-üzə gələcək. "Zirə" isə UEFA Konfrans Liqasının I təsnifat mərhələsində Gürcüstan təmsilçisi "Torpedo" ilə görüşəcək.

Oxşar xəbərlər

Mahmud Qurbanov Azərbaycan Kubokunun yarımfinalında qarşılaşacaq komandaların şanslarını dəyərləndirib
Elmar Baxşıyev: "Azərbaycan Kubokunun final matçının taleyini kiçik bir səhv həll edə bilər"
Elmar Baxşıyev: "Kubok matçlarında iki topluq fərq böyük üstünlük deyil"
Elmar Baxşıyev: “Zirə” kiprli azarkeşlərin təzyiqinə dözsə, öz oyununu diktə edə bilər
Samir Əliyev: “Neftçi” və “Qarabağ”ın Azərbaycan Kubokunun finalına vəsiqə qazanmaq şansları bərabərdir"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər