ITFC rəhbəri İƏT regionunda biznes üçün əsas çağırışları açıqlayıb
Azərbaycanda, Mərkəzi Asiya dövlətlərində və bütövlükdə İslam Əməkdaşlıq Təşkilatı (İƏT) məkanında ticarət əlaqəliliyi prinsipial olaraq yeni strateji əhəmiyyət qazanır.
"Sizinxeber.az" xəbər verir ki, bu barədə Beynəlxalq İslam Ticarət və Maliyyə Korporasiyasının (ITFC) baş icraçı direktoru Ədib Əlaama Bakıda keçirilən İslam İnkişaf Bankı (IsDB) Qrupunun illik toplantıları çərçivəsində təşkil olunan "Regional əlaqəliliyin möhkəmləndirilməsi üçün ticarətin stimullaşdırılmasına dair həllər" adlı panel müzakirədə çıxışı zamanı bildirib.
O vurğulayıb ki, bu region Asiya, Avropa və ətraf əraziləri birləşdirən əsas ticarət dəhlizlərinin kəsişməsində yerləşir. "Bununla belə, sahibkarlar, xüsusilə də kiçik və orta biznes nümayəndələri ciddi çətinliklərlə üzləşməkdə davam edirlər. Onların arasında ticarət maliyyəsinə məhdud çıxış, yeni bazarlara daxil olmaqda çətinliklər, eləcə də regional və qlobal dəyər zəncirlərinə inteqrasiya üçün maneələr yer alır. ITFC üçün regional əlaqəlilik malların sadəcə dövlət sərhədlərindən keçirilməsindən daha geniş anlayışdır. Bu, ticarətin inkişafına dəstək, əlavə dəyər zəncirlərinin möhkəmləndirilməsi, kiçik və orta biznesin rolunun genişləndirilməsi və dayanıqlı, eləcə də inklüziv ticarət ekosistemlərinin formalaşdırılmasıdır".
ITFC korporasiyasının rəhbəri qeyd edib ki, ticarətin maliyyələşdirilməsini, ticarətin inkişafına dəstəyi və etibarlı institusional tərəfdaşlığı özündə birləşdirən kompleks yanaşma olmadan bu vəzifələrin həyata keçirilməsi qeyri-mümkündür.
"Bugünkü sessiyanın məqsədi məhz rəhbər orqanların, maliyyə qurumlarının, özəl sektorun və inkişaf üzrə tərəfdaşların nümayəndələrini bir araya gətirərək ticarət həllərinin regional inteqrasiyaya necə daha səmərəli kömək edə biləcəyini və dayanıqlı iqtisadi artım üçün yeni perspektivlər yarada biləcəyini birgə təhlil etməkdir", - o əlavə edib.
Oxşar xəbərlər
Ədib Əl-Aama: 2025-ci ildə ITFC-nin ticarət maliyyələşdirməsi üzrə təsdiqləri 9,35 mlrd. dollara çatıb
İslam İnkişaf Bankı Qrupunun Təşkilatları Bakıda 14-cü Özəl Sektor Forumuna ev sahibliyi edəcək
ITFC: Azərbaycanda indiyədək 103 mln. dollarlıq maliyyələşdirmə etmişik
Orxan Məmmədov: "Azərbaycan regional və qlobal halal bazarlar arasında əlaqələndirici həlqəyə çevrilmək niyyətindədir"
ITFC indiyə qədər Azərbaycanda 103 milyon dollarlıq maliyyələşdirmə həyata keçirib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Putin Kazanda Hakan Fidanla görüşəcək
-
Nazir: Britaniya ilə Azərbaycan ikitərəfli ticarət və investisiyaları artıracaq
-
Füzulidə özünüməşğulluq proqramı üzrə qurulmuş təsərrüfatlara infotur təşkil edilib
-
MM-in komissiyası: Fransa mətbuatında Azərbaycanın mənfi imicinin yaradılması davamlı xarakter daşıyır
-
Le Monde: G7 liderləri Rusiyanın enerji sektoruna qarşı sanksiya təzyiqini gücləndirəcəklər
-
İngiltərə millisinin futbolçusu Tino Livramento DÇ-2026-da meydana çıxa bilməyəcək
