ÇL: "Sabah"ın II təsnifat mərhələsində potensial rəqibləri bilinib
sizinxeber.az xəbər saytı

ÇL: "Sabah"ın II təsnifat mərhələsində potensial rəqibləri bilinib


Bu gün UEFA Çempionlar Liqasının 2026/2027 mövsümünün II təsnifat mərhələsinin püşkatma mərasimi keçirilir.

Apasport.az xəbər verir ki, tədbir İsveçrənin Nyon şəhərində yerləşən UEFA-nın mənzil-qərargahında baş tutur.

Azərbaycan çempionu “Sabah” bu raundda səpələnməmişlər səbətində yer alıb. Valdas Dambrauskasın baş məşqçisi olduğu komanda I təsnifat mərhələsində TNS-i mübarizədən kənarlaşdırsa, “Vardar” (Şimali Makedoniya) – “Kups” (Finlandiya) cütünün qalibi ilə qarşılaşacaq.

İlk oyun Bakıda keçiriləcək. Cavab matçı isə səfərdə baş tutacaq.

Qeyd edək ki, UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunları iyulun 21-22-də, cavab matçları isə iyulun 28-29-da baş tutacaq.

Oxşar xəbərlər

ÇL: "Qarabağ"ın potensial rəqibləri bəlli olub
Çempionlar Liqası: "Sabah"ın rəqibi bəlli olur
UEFA Avropa Liqası: “Qarabağ”ın rəqibi müəyyənləşib
Avropa Liqası: "Qarabağ"ın rəqibi müəyyənləşir
UEFA Çempionlar Liqası: “Fənərbaxça”nın rəqibi müəyyənləşib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər