Konstitusiya Məhkəməsində İƏT nümayəndə heyəti ilə görüş keçirilib
sizinxeber.az xəbər saytı

Konstitusiya Məhkəməsində İƏT nümayəndə heyəti ilə görüş keçirilib


İyunun 17-də Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Müstəqil Daimi İnsan Hüquqları Komissiyasının icraçı direktoru Hadi Bin Ali Alyaminin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Konstitusiya Məhkəməsindən APA-ya verilən xəbərə görə, Fərhad Abdullayev ölkəmizdə insan hüquq və azadlıqlarının müdafiəsi, hüququn aliliyinin təmin olunması və demokratik institutların möhkəmləndirilməsi istiqamətində həyata keçirilən ardıcıl islahatlar barədə ətraflı məlumat verib. Həmçinin, İƏT-ə üzv olan İslam Dünyası Konstitusiya Yurisdiksiyaları Konfransı çərçivəsində bir çox ölkələrin Konstitusiya məhkəmələri ilə əməkdaşlığın önəmini vurğulayıb.

Daha sonra sədr Konstitusiya Məhkəməsinin insan hüquqlarının müdafiəsi sahəsində fəaliyyətindən, konstitusiya ədalət mühakiməsinin inkişafı istiqamətində görülən işlərdən bəhs edib. Həmçinin, konstitusiya hüquqlarının təmin edilməsi sahəsində Konstitusiya Məhkəməsi ilə İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) arasında səmərəli əməkdaşlığı xüsusi qeyd edib.

Hadi Bin Ali Alyami Azərbaycanın insan hüquqlarının müdafiəsi, hüquqi dövlət quruculuğu və məhkəmə-hüquq sisteminin təkmilləşdirilməsi sahəsində əldə etdiyi nailiyyətləri yüksək qiymətləndirib. İnsan hüquqlarının təşviqi və müdafiəsi sahəsində beynəlxalq əməkdaşlığın əhəmiyyətini qeyd edərək, bu istiqamətdə təcrübə mübadiləsinin və qarşılıqlı əlaqələrin genişləndirilməsinin vacibliyini nəzərə çatdırıb.

Tərəflər insan hüquqlarının qorunması, hüquqi maarifləndirmə, beynəlxalq hüququn müasir çağırışları və gələcək əməkdaşlıq perspektivləri ilə bağlı geniş müzakirələr aparıb, əməkdaşlığın gələcəkdə daha da inkişaf etdiriləcəyinə əminliklərini ifadə ediblər.

Oxşar xəbərlər

İƏT nümayəndə heyəti ilə beynəlxalq hüquqi əməkdaşlıq müzakirə olunub
Türk Dünyası Konstitusiya Yurisdiksiyaları Konfransı Təşkilatına sədrlik Azərbaycana verilib
İstanbulda beynəlxalq konfransda deportasiya, miqrasiya və insan hüquqları ilə bağlı müzakirələr aparılıb
Xanlar Vəliyev Konstitusiya Məhkəməsinin kollektivinə təqdim olunub
Konstitusiya Məhkəməsində Monqolustanın Baş prokuroru ilə görüş olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər