TuranBank Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası ilə 15 mln. dollar həcmində niyyət bəyannaməsi imzalayıb
sizinxeber.az xəbər saytı

TuranBank Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası ilə 15 mln. dollar həcmində niyyət bəyannaməsi imzalayıb


Azərbaycanın aparıcı maliyyə institutlarından biri olan TuranBank ASC və İslam İnkişaf Bankı Qrupunun özəl sektor üzrə üzv qurumu olan Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD) arasında Azərbaycanda özəl sektor layihələrinin dəstəklənməsi məqsədilə 15 milyon ABŞ dolları məbləğində vəsaitin cəlb edilməsinə dair niyyət bəyannaməsi imzalanıb.

İmzalanma mərasimi İslam İnkişaf Bankı Qrupunun İllik Toplantıları çərçivəsində keçirilən Özəl Sektor Forumunun açılış tədbirində baş tutub.

Qeyd edək ki, Bəyannamə ICD-nin icraçı direktoru vəzifəsini icra edən Dr. Xalid Xələfallah və TuranBank ASC-nin İdarə Heyətinin sədri Orxan Qarayev tərəfindən imzalanıb.

Cəlb olunan vəsait ölkədə fəaliyyət göstərən kiçik və orta sahibkarlıq (KOB) subyektlərinin layihələrinin maliyyələşdirilməsinə yönəldiləcəkdir. Mikro, kiçik və orta sahibkarlığın maliyyələşdirilməsi sahəsində güclü təcrübəyə və geniş xidmət şəbəkəsinə malik olan TuranBank mövcud infrastrukturu vasitəsilə bu resursların səmərəli və operativ şəkildə sahibkarlara çatdırılmasını təmin edəcəkdir. Bu layihə kiçik müəssisələrin maliyyə ehtiyaclarını qarşılamaqla yanaşı, ölkəmizdə KOB sektorunun inkişafına və maliyyə əlçatanlığının artırılmasına mühüm töhfə verəcəkdir.

Məlumat üçün qeyd edək ki, TuranBank ilə ICD arasında əməkdaşlıq 2008-ci ildən etibarən davam edir. Bu Memorandum tərəflər arasında mövcud olan çoxillik etibarlı əməkdaşlığın daha da dərinləşməsinin bariz nümunəsidir.

TuranBank haqqında

TuranBank ASC 1992-ci ildə təsis edilmiş və Azərbaycan maliyyə sektorunda fəaliyyət göstərən ən sabit və etibarlı qurumlardan biri kimi tanınır. Bank müştərilərinə beynəlxalq standartlara uyğun geniş çeşidli maliyyə xidmətləri təqdim edir.

Hazırda ölkə üzrə 22 xidmət nöqtəsi ilə fəaliyyət göstərən TuranBank 34 illik fəaliyyəti ərzində dayanıqlı inkişaf nümayiş etdirib. Bank şəffaflıq, etibarlılıq və sosial məsuliyyət prinsiplərinə sadiqliyi ilə seçilərək ölkənin bank sektorunda mühüm rol oynamaqda davam edir.

Ətraflı məlumat üçün: www.turanbank.az

ICD haqqında

Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD) İslam İnkişaf Bankı Qrupunun üzvü olan çoxməqsədli maliyyə institutudur. Korporasiyanın əsas missiyası üzv ölkələrdə özəl sektorun inkişafını təşviq etmək və İslam şəriət prinsiplərinə uyğun maliyyə alətləri vasitəsilə iqtisadi inkişafı dəstəkləməkdir.

ICD həmçinin hökumətlərə və özəl təşkilatlara məsləhət xidmətləri göstərərək özəl müəssisələrin yaradılmasını, genişləndirilməsini və modernləşdirilməsini təşviq edir.

ICD aşağıdakı beynəlxalq reytinqlərə malikdir: Moody’s – A2, S&P – A, Fitch – A+.

Oxşar xəbərlər

"TuranBank" beynəlxalq maliyyə qurumundan yerli valyutada kredit cəlb edib
ITFC: Azərbaycanda indiyədək 103 mln. dollarlıq maliyyələşdirmə etmişik
TuranBank beynəlxalq maliyyə qurumundan yerli valyutada kredit cəlb edib
SOCAR ilə ICD arasında Anlaşma Memorandumu imzalanıb
Bakıda İslam İnkişaf Bankı Qrupunun İllik Toplantıları başlayıb - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər