Sizinxeber.az » İdman » Futbol » Samir Əliyev: “Neftçi” və “Qarabağ”ın Azərbaycan Kubokunun finalına vəsiqə qazanmaq şansları bərabərdir"

Samir Əliyev: “Neftçi” və “Qarabağ”ın Azərbaycan Kubokunun finalına vəsiqə qazanmaq şansları bərabərdir"

“Neftçi” və “Qarabağ” ilk oyunda bir top fərqi ilə məğlub olsalar da, finala vəsiqə qazanmaq şansları bərabərdir.

Bunu “Sizinxeber.az”a açıqlamasında Azərbaycanın U-21 millisinin sabiq baş məşqçisi Samir Əliyev ölkə kubokunun yarımfinal mərhələsinin ilk matçlarındakı nəticələri dəyərləndirərkən deyib.

Mütəxəssis “Qarabağ” və “Neftçi”nin şanslarını qiymətləndirib:

“Hər iki qarşılaşma gərgin mübarizə şəraitində keçdi. Komandaların hər biri adını finala yazdırmaq üçün mübarizə aparır. “Qarabağ”la “Araz-Naxçıvan”dan fərqli “Neftçi” və “Sabah” üçün avrokuboklara düşmək çox vacibdir. Çünki çempionatda istədikləri mövqelərdə deyillər. Fikrimcə, cavab oyunları daha gərgin keçəcək. Bu matçlara təyinat alan hakimlər hazırlıqlı və diqqətli olmalıdırlar. İlk oyunlarda “Neftçi”nin və “Qarabağ”ın 1 top fərqi ilə məğlub olmalarına baxmayaraq, finala vəsiqə qazanmaq şansları bərabərdir. Bu baxımdan kimin finala çıxacağını demək çətindir”.

Qeyd edək ki, Azərbaycan Kubokunun yarımfinal mərhələsinin ilk oyunlarında “Araz-Naxçıvan” “Qarabağ”ı (1:0), “Sabah” isə “Neftçi”ni (2:1) məğlub edib. Komandalar arasında cavab qarşılaşmaları aprelin 23-də baş tutacaq.

DİGƏR XƏBƏRLƏR

Комментарии

ƏN ÇOX OXUNAN / ŞƏRH EDİLDİ
  1. ABŞ əsas danışıqlardan əvvəl İrana hərbi təzyiqi artırır
  2. Daha ucuz, daha sürətli, daha güclü: Süni intellekt yarışına yenisi qoşuldu
  3. "TikTok"da vətəndaşlara tələ qurulub: Yeni dələduzluq sxemi ifşa olundu - VİDEO
  4. Belqradda Prezident İlham Əliyevin Serbiya Prezidenti Aleksandar Vuçiçlə təkbətək görüşü keçirilib
  5. Belqradda Azərbaycan və Serbiya arasında Strateji Tərəfdaşlıq Şurasının 1-ci iclası keçirilir
  6. İlham Əliyev Münhen konfransı çərçivəsində panel iclasda iştirak edir - CANLI YAYIM
  7. Prezident: Azərbaycan birtərəfli qaydada Ermənistana malların tranziti üzərindəki məhdudiyyətləri aradan qaldırıb
  8. İlham Əliyev: ABŞ-nin Vitse-prezidentinin səfəri çox mühüm idi
  9. İlham Əliyev: "Biz daimi olacağına ümid etdiyimiz sülh dövrünə qədəm qoymuşuq"
  10. Prezident İlham Əliyev Münhendə "France 24" telekanalına müsahibə verib
sss
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
SÖZÜM VAR !