Elmar Baxşıyev: “Zirə” kiprli azarkeşlərin təzyiqinə dözsə, öz oyununu diktə edə bilər
sizinxeber.az xəbər saytı

Elmar Baxşıyev: “Zirə” kiprli azarkeşlərin təzyiqinə dözsə, öz oyununu diktə edə bilər


“Zirə” kiprli azarkeşlərin təzyiqinə dözsə, öz oyununu diktə edə bilər.

Bunu “Report”a açıqlamasında “Araz-Naxçıvan” klubunun baş məşqçisi Elmar Baxşıyev UEFA Konfrans Liqasının pley-off mərhələsində bu gün baş tutacaq “Omoniya” (Kipr) - “Zirə” matçı ilə bağlı danışarkən deyib.

Ötən il çalışdırdığı “Qəbələ”ni Konfrans Liqasında Kipr təmsilçisinə qarşı meydana çıxarmış mütəxəssis bu komandanın doğma meydanda daha güclü oynadığını söyləyib:

“Omoniya”nın heyətini izləməsəm də, xeyli dəyişikliklərin olduğu göstərilir. Tipik ev komandasıdır. Güclü azarkeş dəstəyinə sahibdirlər. Doğma meydanda daha yaxşı oynayırlar”.

E.Baxşıyev “Zirə”nin şanslarını dəyərləndirib:

“Pley-offda istənilən nəticə qeydə alına bilər. Oyun başlamadığı üçün şanslar faiz nisbətində 50-nin 50-yədir. Heyətləri və məşqçiləri dəyişdiyi üçün daha fərqli olduqlarını düşünürəm”.

Qeyd edək ki, “Zirə”nin Kipr klubu ilə görüşünün start fiti Bakı vaxtı ilə saat 21:00-da səslənəcək. Tərəflər arasında cavab oyunu bir həftə sonra “Liv Bona Dea Arena”da keçiriləcək.

Oxşar xəbərlər

UEFA Konfrans Liqası: "Zirə" "Omoniya" ilə oyun üçün bu gün Kiprə yollanacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Konfrans Liqası: "Zirə" bu gün pley-off mərhələsində ilk oyununa çıxacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
"Zirə"nin futbolçusu: Həftə boyunca "Omoniya"nın oyunlarını təhlil etmişik [xfgiven_updateblue][/xfgiven_updateblue]
"Omoniya" Azərbaycan klublarına qarşı: Dörd oyun, bir məğlubiyyət [xfgiven_updateblue][/xfgiven_updateblue]
"Zirə"nin UEFA Konfrans Liqasının pley-off mərhələsindəki potensial rəqibi dəqiqləşib [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər