İsrail Ordusu HƏMAS-ın Qəzza zolağındakı obyektlərinə zərbə endirib
sizinxeber.az xəbər saytı

İsrail Ordusu HƏMAS-ın Qəzza zolağındakı obyektlərinə zərbə endirib


İsrail hərbçiləri Qəzza zolağının mərkəzi hissəsinə dəqiq zərbə endirib.

"Sizinxeber.az"un xəbərinə görə, bu barədə İsrail Ordusunun mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, hücumun hədəfi HƏMAS-ın qruplaşmaları tərəfindən silah saxlamaq üçün istifadə edilən üç obyekt olub.

Ordudan anbarlarda minaatan mərmiləri, tank əleyhinə raket qurğuları, partlayıcı qurğular, odlu silahlar və digər silah növlərinin olduğu bildirilib.

İsrail tərəfi silahların Qəzza zolağında fəaliyyət göstərən hərbi qulluqçulara, eləcə də ölkənin mülki əhalisinə qarşı təhdidi aradan qaldırmaq üçün məhv edildiyini vurğulayıb.

Oxşar xəbərlər

İsrail Ordusu Qəzzada raket qurğusuna zərbə endirib
İsrail Qəzzada HƏMAS-ın komanda-idarəetmə mərkəzinə zərbə endirib
İsrail Müdafiə Qüvvələri HƏMAS-ın yeraltı silah istehsalı sexinin məhv edildiyini açıqlayıb
İsrail qüvvələri Qəzzada HƏMAS-ın dörd silah anbarını məhv edib
İsrail ordusu Qəzzada HƏMAS silahlılarına zərbə endirib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər