ICIEC indiyə qədər Azərbaycanda 164 milyon dollarlıq biznes sığortası əməliyyatları həyata keçirib
İslam İnvestisiya və İxrac Kreditlərinin Sığortası üzrə İslam Korporasiyası (ICIEC) indiyə qədər Azərbaycanda 164 milyon ABŞ dolları dəyərində biznes sığortası əməliyyatları həyata keçirib.
"Sizinxeber.az" xəbər verir ki, bunu ICIEC-nin baş direktoru, Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyasının (ICD) baş direktor əvəzi Xalid Xalafalla Bank Qrupunun Bakıda keçirilən illik toplantıları çərçivəsində İslam İnkişaf Bankı (IsDB) Qrupunun özəl sektor üzrə 14-cü forumu zamanı jurnalistlərə bildirib.
Onun sözlərinə görə, qurum uzun illərdir ki, Azərbaycanda fəaliyyət göstərir və yerli bankları maliyyə xətləri vasitəsilə dəstəkləyir: "Lizinq şirkətləri ilə əməkdaşlıq da kiçik və orta biznesin maliyyə resurslarına çıxışının genişləndirilməsinə yönəlib. İsDB Qrupunun sığorta qurumu ICIEC-yə Azərbaycan 2023-cü ildən 49-cu üzv kimi qoşulub. Həmin vaxtdan bəri ölkədə 164 milyon dollarlıq biznes sığortası əməliyyatları həyata keçirilib. Bu yaxınlarda biz telekommunikasiya sektorunda da mühüm bir əməliyyatı sığortaladıq. Bu layihə telekommunikasiya infrastrukturunun bərpası baxımından böyük əhəmiyyət daşıyır. Nəqliyyat sektorunda isə Qazaxıstandan "Azərbaycan Dəmir Yolları" QSC-yə lokomotiv ixracını dəstəkləmişik. Bu, ölkələrimiz arasında əməkdaşlıq baxımından əlamətdar layihələrdən biridir".
"ISB Qrupu Azərbaycanda fəaliyyətinin nəticələrindən məmnundur və gələcəkdə əməkdaşlığın daha da genişləndirilməsi üçün böyük potensial görür", - deyə X.Xalafalla əlavə edib.
Oxşar xəbərlər
Azərbaycan biznesinə IsDB Qrupunun alətlərindən daha fəal istifadə təklif olunub
Xalid Xalafalla: "Azərbaycan Mərkəzi Asiyada İslam maliyyəsi üzrə hərəkətverici qüvvəsinə çevrilmək potensialına malikdir"
ICIEC: Azərbaycanda investisiya və tərəfdaşlıq üçün perspektivli mühit var
Yasser Alaki: "IsDB Azərbaycan şirkətlərinin süni intellekt layihələrinə maliyyə dəstəyi verməyə hazırdır"
Xalid Xalafalla: "Qlobal halal istehlak xərcləri 3 trilyon dolları keçə bilər"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Putin Kazanda Hakan Fidanla görüşəcək
-
AYNA: Bakıda daha bir marşrutda bütün avtobuslar yenilənir
-
TÜRKPA baş katibi Türkiyə Böyük Millət Məclisinin sədri ilə görüşüb
-
Ruben Amorim "Milan"ın baş məşqçisi olub
-
ICD: Azərbaycan İslam maliyyəsi cəlb etmək üçün əlverişli şəraitə malikdir
-
WSJ: ABŞ İrana neft ixracını dərhal bərpa etməyə icazə verəcək
