Hesablama Palatası auditdə süni intellektin tətbiqinə hazırlaşır
sizinxeber.az xəbər saytı

Hesablama Palatası auditdə süni intellektin tətbiqinə hazırlaşır


Azərbaycanda dövlət auditinin rəqəmsallaşdırılması istiqamətində yaradılmış İctimai Audit İnformasiya Sistemində artıq 628 dövlət qurumu qeydiyyatdan keçib.

"Sizinxeber.az" xəbər verir ki, bunu Hesablama Palatasının auditoru Hilal Hüseynov İslam İnkişaf Bankı (İsDB) Qrupunun 51-ci İllik Toplantıları çərçivəsində Palatanın təşkilatçılığı ilə "Davamlı Regional İnteqrasiya üçün Rəqəmsal Dövlət Auditi" mövzusunda keçirilən tədbirdə deyib.

Onun sözlərinə görə, sistem vasitəsilə hazırda 17 növ hesabat toplanır və 1 082 aktiv istifadəçi fəaliyyət göstərir: "Məlumatların təhlili üçün 100-dən çox meyardan istifadə olunur. Sistem büdcənin icrası, dövlət vəsaitlərinin istifadəsi, borc öhdəlikləri və dövlət satınalmaları ilə bağlı məlumatların elektron şəkildə toplanmasına imkan yaradır".

H. Hüseynov bildirib ki, Hesablama Palatası dövlət auditində süni intellekt texnologiyalarının tətbiqini planlaşdırır: "Növbəti mərhələdə audit sisteminə süni intellekt həlləri inteqrasiya olunacaq, dövlət qurumlarının informasiya sistemləri ilə əlaqələr genişləndiriləcək və uzaqdan audit imkanları yaradılacaq. Bu yeniliklər risklərin erkən aşkarlanmasına, audit proseslərinin sürətlənməsinə və resurslardan daha səmərəli istifadəyə şərait yaradacaq".

Oxşar xəbərlər

Hesablama Palatası rəqəmsal dövlət auditinin inkişafı istiqamətində planlarını açıqlayıb
Nəsir Sadıqov: "Süni intellekt və bulud texnologiyaları dövlət auditində yeni imkanlar yaradır"
Dövlət satınalmaları üzrə auditdə avtomatlaşdırılmış qiymətləndirmə olacaq
Hesablama Palatası şəffaflığı və ictimai iştirakçılığı artırır
Hesablama Palatası: Biomüxtəlifliyin qorunması xərcləri səmərəsiz olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər