Təhsil tələbə krediti üzrə 85 min müqavilə rəsmiləşdirilib
sizinxeber.az xəbər saytı

Təhsil tələbə krediti üzrə 85 min müqavilə rəsmiləşdirilib


Təhsil Tələbə Krediti Fondunun (TTKF) fəaliyyətə başladığı vaxtdan etibarən e-ttkf.edu.az portalına 100 mindən çox müraciət daxil olub, onlardan 85 mini rəsmiləşdirilib.

Bu barədə APA-ya Təhsil Tələbə Krediti Fondundan məlumat verilib.

Bildirilib ki, bu göstərici müraciətlərin təxminən 85 faizinin müsbət nəticələndiyini göstərir və mexanizmin səmərəliliyinin mühüm göstəricilərindən hesab olunur.

Qeyd edilib ki, bu günədək geriödəmə mərhələsinə keçmiş 691 sosial təhsil tələbə krediti üzrə 50 faiz, 1 684 standart təhsil tələbə krediti üzrə isə 25 faiz güzəşt tətbiq edilib. Nəticədə tələbələr üçün ümumilikdə 766 min manatdan artıq borc silinib.

Məlumata görə, rəsmiləşdirilmiş kredit müqavilələrinin 35 faizini sosial, 65 faizini isə standart təhsil tələbə kreditləri təşkil edir. Təhsil pillələri üzrə bölgüyə əsasən isə müqavilələrin 69 faizi bakalavriat, 23 faizi magistratura, 7 faizi orta ixtisas, 1 faizi isə peşə təhsili səviyyəsinin payına düşür.

Oxşar xəbərlər

3 il ərzində 37 mindən çox şəxsə təhsil tələbə krediti verilib
1 300-ə yaxın tələbəyə təhsil krediti verilib
Fond sədri: 3 il ərzində 46 minə yaxın tələbə təhsil krediti müqaviləsi rəsmiləşdirilib
Təhsil tələbə krediti üçün edilən 57 minə yaxın müraciət rəsmiləşdirilib
TTKF sədri: Təhsil tələbə krediti hər tələbəyə bir dəfə verilir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər