Yalçın Rəfiyev: "Bu günə qədər Azərbaycan 140-dan artıq ölkəyə yardım edib"
sizinxeber.az xəbər saytı

Yalçın Rəfiyev: "Bu günə qədər Azərbaycan 140-dan artıq ölkəyə yardım edib"


Bu günə qədər Azərbaycan 140-dan çox ölkəyə maliyyə, texniki və potensialın gücləndirilməsi sahəsində yardım göstərib.

"Report" xəbər verir ki, bunu xarici işlər nazirinin müavini Yalçın Rəfiyev Bakıda keçirilən İslam İnkişaf Bankı (IsDB) Qrupunun 51-ci İllik Toplantısı çərçivəsində təşkil olunmuş panel müzakirələrində bildirib.

"Azərbaycan öz donor fəaliyyəti vasitəsilə 44 ən az inkişaf etmiş ölkədən 43-nü, Afrikanın 54 ölkəsindən 53-nü və İslam Əməkdaşlıq Təşkilatının 57 üzv dövlətindən 51-ni dəstəkləyib. Davamlı inkişaf yerli potensialın gücləndirilməsi, bilik və təcrübənin bölüşülməsi və milli mülkiyyətdə olan inkişaf layihələrinin dəstəklənməsi yolu ilə ən yaxşı şəkildə əldə edilir",-deyə o qeyd edib.

Nazir müavini həmçinin təmsil etdiyi qurumun nəzdində fəaliyyət göstərən Azərbaycan Beynəlxalq İnkişaf Agentliyi ilə IsDB arasında artan əməkdaşlığı vurğulayıb: "Birgə səylərimiz 4 prioritet istiqamət ətrafında inkişaf etdirilir: rəqəmsal innovasiya (NİKT), səhiyyə və peşə təhsili, iqlim davamlılığı və humanitar yardım, xüsusilə Afrika, eləcə də Suriya, Əfqanıstan və digər həssas ölkələrə diqqət yetirmək. Ümid edirik ki, bugünkü müzakirələr bu tərəfdaşlığı daha da gücləndiməyə və yerlərdə davamlı təsir göstərən əməkdaşlıq üçün praktiki yolları müəyyən etməyə kömək olacaq".

Oxşar xəbərlər

Nazir müavini: "İqlimə həssas ölkələrin qarşılaşdığı problemlər artıq təkcə iqlim dəyişikliyi deyil"
AMB IsDB ilə islam maliyyəsi üzrə əməkdaşlığın genişləndirilməsini müzakirə edib
Mikayıl Cabbarov: "İsDB ilə əməkdaşlıq Azərbaycanın inkişafında mühüm rol oynayıb"
Nazir: "Azərbaycan İslam İnkişaf Bankı ilə əməkdaşlıqdan konkret nəticələr əldə edir"
Nazir: "İsDB Azərbaycan üçün təkcə maliyyə deyil, həm də strateji tərəfdaşdır"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər