Moskvada güclü leysan yağışları fəsadlar törədib - VİDEO
sizinxeber.az xəbər saytı

Moskvada güclü leysan yağışları fəsadlar törədib - VİDEO


Moskvada güclü leysan yağışları yağıb.

Sizinxeber.az-nın Rusiya bürosu xəbər verir ki, bir neçə gündür 30 dərəcədən yuxarı isti hava şəraitinin müşahidə olunduğu Rusiya paytaxtını qəfil yağışlar bürüyüb.

Güclü yağıntı nəticəsində şəhərin mərkəzində yerləşən Kutuzov prospektini su basıb.

Nəticədə çoxsaylı avtomobillər yollarda su altında qalıb, bəzi ticarət mərkəzlərini də su basıb.

Şəhərin bir sıra ərazilərində nəqliyyatın hərəkətində ciddi çətinliklər yaranıb.

İldırımla müşayiət olunan güclü yağış səbəbindən Moskva şəhəri və Moskva vilayətində narıncı təhlükə səviyyəsi elan edilib.

Əlverişsiz hava şəraiti ilə əlaqədar 300 briqada və 290 texnika şəhər küçələrində növbətçiliyə cəlb olunub.

Moskva şəhər xidmətləri gücləndirilmiş iş rejiminə keçib və yağışın yaratdığı fəsadların aradan qaldırılması istiqamətində işlər aparır.

Oxşar xəbərlər

Zaqatalada leysan yağışları fəsadlar törədib - VİDEO
Gəncədə güclü yağışdan sonra evləri su basıb - FOTO - YENİLƏNİB
Mahaçqala küçələri güclü leysan nəticəsində su altında qalıb
Hacıqabula yağıntı normadan 147 % çox olub, evləri su basıb - FOTO - VİDEO - YENİLƏNİB-2
Batumidə leysan nəticəsində şəhəri su basıb - VİDEO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər