ICD: Özəl sektorun inkişafı üçün üç əsas istiqamət müəyyənləşdirilib
sizinxeber.az xəbər saytı

ICD: Özəl sektorun inkişafı üçün üç əsas istiqamət müəyyənləşdirilib


Özəl sektorun inkişafı üçün üç əsas istiqamət müəyyənləşdirilib.

"Sizinxeber.az" xəbər verir ki, bunu Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyasının (ICD) Korporativ Strategiya və Tədqiqat bölməsinin meneceri Elvin Əfəndi Bakıda keçirilən İslam İnkişaf Bankı (IsDB) Qrupunun 52-ci İllik Toplantısı çərçivəsində təşkil olunmuş "Ərəb Koordinasiya Qrupunun (ACG) Özəl Sektor Sessiyası"nda bildirib.

Onun sözlərinə görə, ölkələrdə özəl sektorun və KOB-ların inkişafı üçün ümumi ekosistem üç əsas müstəvidə nəzərdən keçirilməlidir:

"Birincisi, tənzimləyici və siyasət çərçivəsidir. İdarəetmə və tənzimləmə mühiti elə formalaşdırılmalıdır ki, özəl sektorun inkişafını, investisiyaların cəlbini və sahibkarlıq fəaliyyətini təşviq etsin. İkincisi, institusional səviyyədir. Bu istiqamətdə daha geniş dəstəyə ehtiyac var. Müəssisələr ilə dövlət və siyasət qurucuları arasında maliyyə institutları, fondlar və digər dəstək mexanizmlərindən ibarət əlçatan və effektiv bir institusional təbəqə yaradılmalıdır. Üzv ölkələrin əksəriyyətində KOB-ların və özəl sektorun qarşılaşdığı əsas problemlərdən biri maliyyəyə çıxışın məhdud olmasıdır. Buna görə də maliyyə resurslarının daha əlçatan və sərfəli şəkildə təmin edilməsi əsas prioritetlərdən biridir. Üçüncüsü müəssisənin səviyyəsidir. Əvvəllər fəaliyyətimiz daha çox dövlət sektoruna və suveren investisiyalara yönəlsə də, hazırda müəssisə səviyyəsində investisiyaları artırırıq. Bu, layihə və korporativ maliyyələşdirmə, kredit xətləri vasitəsilə həyata keçirilir. Lakin yalnız müəssisələrə fokuslanmaq ciddi dönüş üçün kifayət deyil. Özəl sektor ekosisteminin uğurlu inkişafı üçün siyasət, institusional mexanizmlər və müəssisə səviyyəsində dəstək bir-birini tamamlayan vahid sistem kimi fəaliyyət göstərməlidir"

Oxşar xəbərlər

ICD Azərbaycanda aqrar sektora daha irihəcmli korporativ investisiyalar yönəltməyi planlaşdırır
ICD Azərbaycan, Türkiyə və Mərkəzi Asiya ölkələrini birləşdirəcək layihə icra edir
IsDB, ICD və IsDBI Azərbaycanın İslam maliyyə infrastrukturunun gücləndirilməsinə kömək etməyə hazırdır
ICD Mərkəzi Asiyanı Şərq və Qərb arasında gələcək əlaqələndirici həlqə adlandırıb
İqtisadiyyat naziri: "Layihələr mərkəzləşdirilmiş yanaşma üzərində qurulmamalıdır"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər