Bu il "Şuşa KOB evi"ndə sahibkarlara 560-a yaxın xidmət göstərilib
sizinxeber.az xəbər saytı

Bu il "Şuşa KOB evi"ndə sahibkarlara 560-a yaxın xidmət göstərilib


İşğaldan azad edilmiş ərazilərdə biznes fəaliyyətinin təşviqi və sahibkarların dövlət xidmətlərinə rahat çıxışının təmin olunmasına dəstək verən "Şuşa KOB evi"ndə bu ilin yanvar-may aylarında sahibkarlara 560-a yaxın xidmət göstərilib.

Bu barədə "Sizinxeber.az"a İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) məlumat verilib.

Bildirilib ki, KOB evinə daxil olan müraciətlər əsasən biznes fəaliyyətinin təşkili, kommunal şəbəkələrə qoşulma və vergi məsələləri ilə bağlı olub. Belə ki, yanvar-may aylarında "Şuşa KOB evi"nə ən çox müraciət edilən "Azərişıq" ASC - 219 (39,18%), İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti - 161 (28,80%), "Azəriqaz" - 122 (21,82%) və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi - 50 (8,94%) tərəfindən göstərilən xidmətlər olub.

"Şuşa KOB evi"nə Qarabağ iqtisadi rayonuna daxil olan bütün şəhər və rayonlardan sahibkarlar müraciət edə bilərlər.

Qeyd edək ki, "Şuşa KOB evi" 2025-ci ilin fevral ayında fəaliyyətə başlayıb və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) struktur bölməsidir. Burada sahibkarlara biznesin qeydiyyatı, vergi xidmətləri, lisenziya və icazələrin alınması, investisiya təşviqi sənədinin verilməsi, qida təhlükəsizliyi, baytarlıq və bitki mühafizəsi, kommunal xidmətlərə qoşulma və digər istiqamətlər üzrə xidmətlər göstərilir. Ümumilikdə, "Şuşa KOB evi"ndə sahibkarlara 8 dövlət qurumu və özəl təşkilat tərəfindən 90-dan çox xidmət təqdim olunur.

"Şuşa KOB evi" Şuşa şəhərində Dövlət Xidmətləri Mərkəzinin binasında yerləşir. KOB evində göstərilən xidmətlər barədə ətraflı məlumatı aşağıdakı keçiddən əldə etmək olar: https://smb.gov.az/az/nav/kob-evleri

Oxşar xəbərlər

“Bakı KOB evi”ndə sahibkarlara daha çox xidmət göstərilən 5 dövlət qurumunun adı açıqlanıb
KOB evlərində ötən il sahibkarlara 456 minə yaxın xidmət göstərilib
KOBİA: Bu il 220 biznes planın hazırlanması üçün sahibkarlara dəstək göstərilib
Sayca beşinci KOB evi Gəncədə istifadəyə verilib
Gəncə-Qazax iqtisadi rayonundakı sahibkarların sayı məlum olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər