Faciəli şəkildə ölən Xumar Milli Qəhrəmanın bacısı imiş
sizinxeber.az xəbər saytı

Faciəli şəkildə ölən Xumar Milli Qəhrəmanın bacısı imiş


Bu gün Goranboyda dəm qazından boğularaq həyatını itirən 1972-ci il təvəllüdlü Xumar Səlimova Azərbaycanın Milli Qəhrəmanı Araz Səlimovun bacısı imiş.

Sizinxeber.Az-ın "Qafqazinfo"ya istinadla məlumatına görə, faciə zamanı onunla birlikdə qonaq gələn əmisi qızı Sevil Səlimova da həyatını itirib.

Qeyd edək ki, Araz Səlimov könüllü olaraq Xocalının özünümüdafiə batalyonlarından birində döyüşüb. Xocalı faciəsi zamanı o, onlarla dinc sakinin həyatını xilas edib. Lakin ermənilər onu Əsgəranda qardaşı Fəxrəddin Səlimovla birlikdə vəhşicəsinə qətlə yetiriblər. Araz Səlimovun atası da Xocalı faciəsi zamanı şəhid olub.

1997-ci ildə Araz Səlimov Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görülüb. O, Ağdam Şəhidlər Xiyabanında dəfn olunub.


Oxşar xəbərlər

Goranboyda dəm qazından ölən qadınlardan biri Milli Qəhrəmanın bacısıdır - YENİLƏNİB
Goranboyda 2 qadın dəm qazından boğularaq ölüb
Toyuna az qalmış faciəli şəkildə ölən Arzu tələbə imiş

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər