SEPAH ABŞ ilə zərbə mübadiləsinin xronologiyası barədə məlumat yayıb
sizinxeber.az xəbər saytı

SEPAH ABŞ ilə zərbə mübadiləsinin xronologiyası barədə məlumat yayıb


İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Hörmüz boğazında ABŞ və İran arasında son zərbə mübadiləsi ilə bağlı hadisələrə dair öz versiyasını dərc edib.

"Report" "Al-Jazeera"ya istinadən xəbər verir ki, bu barədə "Fars" məlumat yayıb.

SEPAH-ın bəyanatına görə, toqquşmalar "ABŞ hərbçilərinin müşayiət etdiyi" dörd neft tankerinin "Hörmüz boğazını qanunsuz olaraq tərk etməyə" cəhd göstərməsindən sonra başlayıb.

SEPAH-ın iddiasına görə, İranın Hərbi Dəniz Qüvvələri onlara xəbərdarlıq edib, bundan sonra tankerlərdən biri "vurularaq dayandırılıb", digər gəmilər isə istiqamətini dəyişərək geri qayıdıb. Daha sonra ABŞ pilotsuz uçuş aparatları Qəşm adasındakı telekommunikasiya obyektinə və Sirik şəhərindəki limana zərbələr endirib.

Buna cavab olaraq SEPAH Küveytdəki iki ABŞ aviabazasına, həmçinin ABŞ Hərbi Dəniz Qüvvələrinin Bəhreyndəki Beşinci Donanmasının qərargahına zərbələr endirdiyini bəyan edib.

Oxşar xəbərlər

SEPAH: Hörmüz boğazına hərbi gəmilər yaxınlaşsa, atəşkəs rejimi pozulacaq
SEPAH ABŞ-ni "güclü zərbə" endirməklə hədələyib
SEPAH Hörmüzdə ABŞ hərbi gəmisinə iki raketlə zərbə endirib
SEPAH Hörmüz boğazı ilə bağlı ABŞ-yə xəbərdarlıq edib
WSJ: SEPAH-ın zərbə katerlərinin 60%-dən çoxu işlək vəziyyətdədir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər