Goranboyda dəm qazından ölən qadınlardan biri Milli Qəhrəmanın bacısıdır - YENİLƏNİB
sizinxeber.az xəbər saytı

Goranboyda dəm qazından ölən qadınlardan biri Milli Qəhrəmanın bacısıdır - YENİLƏNİB


Goranboyda dəm qazından zəhərlənərək ölən qadınlarla bağlı bəzi məqamlar məlum olub.

APA-nın yerli bürosunun məlumatına görə, dəm qazından boğularaq ölən qadınlar əmi qızları olublar. Hadisə ötən gecə Xocalı rayon sakini 1972-ci il təvəllüdlü Xumar Səlimovanın Goranboyun Ağcakənd qəsəbəsində yaşadığı evdə baş verib. 52 yaşlı Xumar Səlimova hadisə baş verən mənzildə tək yaşayırmış. 1979-cu il təvəllüdlü əmisi qızı Sevil Səlimova ötən gün onun evinə qonaq gəlib. Onlar evdə dəm qazından boğularaq ölüblər.

52 yaşlı Xumar Səlimovanın Xocalı faciəsi zamanı atası və 3 qardaşı şəhid olub. Qardaşı Araz Səlimov Azərbaycanın Milli Qəhrəmanıdır.

Faktla bağlı Goranboy rayon prokurorluğunda araşdırma aparılır.

***

12.21

Goranboyda dəm qazlndan zəhərlənmə fakı qeydə alınıb.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Ağcakənd qəsəbəsinə qeydə alınıb.

Qəsəbədə yaşayan Xocalı rayon sakinləri - 1972-ci il təvəlüdlü Səlimova Xumar Bahadur qızı və 1979-cu il təvəlüdlü Səlimova Sevil Seydi qızı dəm qazından zəhərlənərək ölüblər.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Oxşar xəbərlər

Goranboyda 2 qadın dəm qazından boğularaq ölüb
Goranboyda iki nəfər dəm qazından zəhərlənərək ölüb
Goranboyda ər və arvad dəm qazından boğularaq ölüb
Tovuza yasa gələn iki qardaş dəm qazından boğularaq ölüb
Şəkidə 21 yaşlı gənc dəm qazından boğularaq ölüb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle