Azərbaycanda bloklanan zərərli keçidlərin sayı 3 dəfədən çox azalıb
sizinxeber.az xəbər saytı

Azərbaycanda bloklanan zərərli keçidlərin sayı 3 dəfədən çox azalıb


Bu ilin yanvar-may aylarında "AzStateNet" şəbəkəsi üzrə 68 milyon 545 min zərərli keçid bloklanıb.

"Report"un Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3,4 dəfə azdır.

Hesabat dövründə son istifadəçilərdə quraşdırılan mərkəzi antivirus sistemi vasitəsilə 1 milyon 953 min 800, "Sandbox" mühafizə sistemi vasitəsilə isə 49 min 24 zərərverici tərkibli elektron sənəd blok edilib. Bu, illik müqayisədə müvafiq olaraq 26 % və 19 % azdır.

2025-ci ildə "AzStateNet" şəbəkəsi üzrə 449,39 milyon zərərli keçid, son istifadəçilərdə quraşdırılan mərkəzi antivirus sistemi vasitəsilə 26 milyon 525 min 400, "Sandbox" mühafizə sistemi vasitəsilə isə 96 min 794 zərərverici tərkibli elektron sənəd bloklanıb.

Oxşar xəbərlər

“AzStateNet” şəbəkəsi üzrə bloklanan zərərli keçidlər 38 % azalıb
Azərbaycanda bloklanan zərərli keçidlərin sayı 70 %-ə yaxın azalıb
Azərbaycanın dövlət qurumlarına kiberhücumların sayı 42 % artıb
Azərbaycanın dövlət qurumlarına kiberhücumların sayı 15 % artıb
Azərbaycanın dövlət qurumlarına kiberhücumlar azalıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər