Əraqçi yeddi ölkədən olan həmkarları ilə regiondakı vəziyyəti müzakirə edib
sizinxeber.az xəbər saytı

Əraqçi yeddi ölkədən olan həmkarları ilə regiondakı vəziyyəti müzakirə edib


İranın xarici işlər naziri Abbas Əraqçi bir sıra ölkələrdən olan həmkarları ilə telefon danışıqları aparıb.

"Report" xəbər verir ki, bu barədə "Tasnim" agentliyi məlumat yayıb.

Bildirilib ki, A.Əraqçi Böyük Britaniyanın xarici işlər naziri İvett Kuper, Türkiyənin xarici işlər naziri Hakan Fidan, Fransanın xarici işlər naziri Jan-Noel Barro, Qətərin Baş naziri və xarici işlər naziri şeyx Məhəmməd bin Əbdürrəhman Al Tani, İraqın xarici işlər naziri Fuad Hüseyn, Misirin xarici işlər naziri Bədr Əbdelatti, Səudiyyə Ərəbistanının xarici işlər naziri şahzadə Feysəl bin Fərhan Al Səud və Pakistan ordusunun qərargah rəisi feldmarşal Asim Münirlə telefon danışıqları aparıb.

Qeyd olunub ki, danışıqlar zamanı A.Əraqçi onları regiondakı son hadisələr ətrafında İranın mövqeyi barədə məlumatlandırıb və Tehranın regiondakı eskalasiyanın amili olmadığını bildirib.

Xatırladaq ki, iyunun 7-dən 8-nə keçən gecə İran İsrailə raket zərbəsi endirib. Tehran öz zərbəsini İsrail Müdafiə Ordusunun Livanda radikal "Hizbullah" təşkilatına qarşı davam edən əməliyyatı ilə əsaslandırıb. Buna cavab olaraq İsrail ordusu İranın mərkəzi və qərb bölgələrindəki hərbi obyektlərə zərbə endirib.

ABŞ Prezidenti Donald Tramp İran və İsraili təmkinli olmağa çağırıb, lakin bunun heç bir nəticəsi olmayıb.

Daha əvvəl İranın rəsmi şəxsləri və hərbçiləri münaqişənin eskalasiyası halında İsrailə, ABŞ-yə və onların müttəfiqlərinə yenidən raket zərbələri endirməyə hazır olduqları barədə xəbərdarlıq ediblər.

Oxşar xəbərlər

Əraqçi bir sıra ölkələrin rəsmiləri ilə Livandakı vəziyyəti müzakirə edib
Əraqçi qətərli həmkarı ilə regiondakı vəziyyəti müzakirə edib
Türkiyənin XİN başçısı Səudiyyə Ərəbistanından olan həmkarı ilə Suriyadakı vəziyyəti müzakirə edib
İranın xarici işlər naziri Moskvada səfərdədir
Hakan Fidan və Abbas Əraqçi İran-ABŞ danışıqlarını müzakirə ediblər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər