Sumqayıtda 390 cüdoçu kəmər dərəcələri üzrə rəsmi imtahan verib » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
09 
in
2026
17:30
0
0
1 060
ff aaaaaaa

Sumqayıtda 390 cüdoçu kəmər dərəcələri üzrə rəsmi imtahan verib

09 in, 2026
17:30
1 060

Sumqayıtda 390 cüdoçu kəmər dərəcələri üzrə rəsmi imtahan verib

Sumqayıt Cüdo Təlim Mərkəzində kəmər dərəcələri üzrə növbəti rəsmi imtahan keçirilib.

"Report"un məlumatına görə, Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə baş tutan imtahanda 390 cüdoçu iştirak edib.

İdmançılar yaş uyğunluğuna əsasən ağ-sarı, sarı, narıncı, yaşıl, göy və qəhvəyi kəmər dərəcələri üzrə bacarıqlarını nümayiş etdiriblər. İmtahanı uğurla başa vuran idmançılara müvafiq kəmər və sertifikatlar təqdim olunub.

Kəmər imtahanları cüdoçuların texnikaları daha sistemli və hərtərəfli mənimsəməsinə, eyni zamanda motivasiyalarının artmasına xidmət edir. Bu mərhələ həm də gələcəkdə nüfuzlu daxili yarışlarda iştirak üçün vacib şərtlərdən biri hesab olunur.

Bizimlə əlaqə saxlayın

×
×
×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul