Gəray Gəraybəyli: Sosial şəbəkələrdən asılılıq uşaqların psixologiyasına ciddi təsir göstərir
sizinxeber.az xəbər saytı

Gəray Gəraybəyli: Sosial şəbəkələrdən asılılıq uşaqların psixologiyasına ciddi təsir göstərir


Sosial şəbəkələrdən asılılıq uşaqların psixologiyasına ciddi təsir göstərir.

"Sizinxeber.az" xəbər verir ki, bunu Tibb Universitetinin rektoru Gəray Gəraybəyli parlamentdə İnzibati Xətalar Məcəlləsi, "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" və "Uşaqların zərərli informasiyadan qorunması haqqında" qanunlara dəyişiklik layihələrinin müzakirəsi zamanı çıxışında deyib.

Onun sözlərinə görə, bu gün cəmiyyətdə psixi fəaliyyətə ciddi yanaşılmır:

"Bu gün psixi sağlamlıq məsələləri aktuallaşıb. Çünki uşaq və yeniyetmələrin psixi sağlamlıq məsələləri gündəmdədir. Psixi xəstəliklərin təsnifi 20 il əvvəl narkotik, alkoloqla bağlı idisə, bu gün interdən asılılıq ön plandadır".

G.Gəraybəyli qeyd edib ki, bu gün sosial autizləşmə termini də yaranıb:

"Bunun səbəbi uzun saat və günlərlə sosial şəbəkələrdə vaxt keçirməkdir. Kompüter oyunları uşaqların psixologiyasına ciddi təsir edir. Qanunvericilikdə sosial şəbəkələrlə bağlı qoyulan qadağanı əvəz edən alternativ də tapılmadır".

Oxşar xəbərlər

Nazir müavini: Araşdırmalar sosial şəbəkələrin psixi sağlamlıq üçün mənfi nəticələrə səbəb olduğunu göstərir
Firudin Qurbanov: Məktəblərdə şagirdlərin internetdən istifadəsi filtrlənib
ÜST: Dünyada hər 10-cu yeniyetmə sosial şəbəkələrə görə psixi problemlər yaşayır
Bahar Muradova: Valideynlər rəqəmsal savadlılıq sahəsinə cəlb edilməlidir
ABŞ-də baş prokurorlar “TikTok”u uşaqların psixikasına zərər verməkdə ittiham ediblər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər