Elşad Quliyev: "Avropa çempionu olsaq da, tempi aşağı salmaq istəmirik"
sizinxeber.az xəbər saytı

Elşad Quliyev: "Avropa çempionu olsaq da, tempi aşağı salmaq istəmirik"


Azərbaycan minifutbol millisinin baş məşqçisi Elşad Quliyev komandanın Avropa çempionatında qazandığı növbəti uğurdan sonra da tempi aşağı salmaq niyyətində olmadıqlarını bildirib.

"Sizinxeber.az" xəbər verir ki, o, jurnalistlərə açıqlamasında çempionat ərzində çətin oyunlar keçirdiklərini, buna baxmayaraq, qələbə qazanaraq ikinci dəfə Avropa çempionu olduqlarını deyib.

"Çox çətin oyun keçirdik, amma qalib gəldik. Artıq ikinci dəfədir ki, Avropa çempionu olmuşuq. İstəmirəm ki, bundan sonra tempi aşağı salaq", – baş məşqçi qeyd edib.

E.Quliyev komandanın gərgin təlim-məşq toplanışlarından sonra yorğun olmasına baxmayaraq, yüksək əhval-ruhiyyə və əzmkarlıq sayəsində hədəfə çatdığını vurğulayıb.

"Komanda gərgin təlim-məşq toplantılarından sonra yorulsa da, ruh yüksəkliyi və əzmlə qələbəni əldə etdik. Bundan sonrakı oyunlara da məsuliyyətlə yanaşacağıq", – o əlavə edib.

Qeyd edək ki, Azərbaycan millisi Avropa çempionatının finalında Ukrayna yığmasını 2:0 hesabı ilə məğlub edib.

Oxşar xəbərlər

Elşad Quliyev: Avropa çempionu olsaq da, tempi aşağı salmaq istəmirik
Elşad Quliyev: "Belə çempionluq məni ikiqat sevindirir"
Elşad Quliyev: "Təlim-məşq toplanışı uğurla davam edir, zəhmətimizin bəhrəsini görmək istəyirik"
Azərbaycanın Avropa çempionu olan güləşçisi: Qızıl medallar qazanmaqda davam edəcəyəm
Avropa Minifutbol Federasiyası sosial şəbəkədə Azərbaycan millisi ilə bağlı paylaşımlar edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər