Eldar Namazov: Azərbaycan regiondan kənarda da təsir imkanlarını genişləndirir
Azərbaycan Cənubi Qafqazın ən güclü dövləti olmaqla yanaşı, regiondan kənarda da təsir imkanlarını genişləndirərək, beynəlxalq münasibətlər sistemində “orta güc” kimi mövqeyini möhkəmləndirib.
APA xəbər verir ki, bunu Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin direktoru Eldar Namazov "Azərbaycan orta güc kimi: xarici siyasət, regional təsir və qlobal iştirak" mövzusunda keçirilən konfransda deyib.
O bildirib ki, hərbi sahədə süni intellektin tətbiqinin genişlənməsi ciddi strateji əhəmiyyət daşıyan tendensiyadır.
“Dünya sürətlə dəyişir və beynəlxalq münasibətlər sistemində yeni meyarlar ön plana çıxır. Azərbaycan da bu qlobal proseslərdə fəal iştirak etməli, bu sahədə öz mövqeyini və aparıcı rolunu daha da gücləndirməlidir", – Eldar Namazov vurğulayıb.
Eldar Namazov qeyd edib ki, beynəlxalq münasibətlərdə təkcə böyük dövlətlər deyil, regional və qlobal proseslərə ciddi təsir göstərə bilən ölkələr də mühüm rol oynayır.
“Orta güc statusu müəyyənləşdirilərkən ölkənin ərazisi, əhalisi, iqtisadi imkanları, hərbi potensialı, diplomatik fəallığı və beynəlxalq təsir imkanları əsas meyarlar kimi nəzərə alınır. Böyük əraziyə və ya çoxsaylı əhaliyə malik olmaq hər zaman yüksək təsir gücü demək deyil", – o əlavə edib.
Oxşar xəbərlər
Bakıda 11-ci Azərbaycan Beynəlxalq Sığorta Forumu keçirilir - FOTO
Fərid Şəfiyev: Azərbaycanın iqtisadi potensialı artıq regiondan kənarda da özünü göstərir
Deputat: Azərbaycan beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi qəbul edilir
Deputat: Rəsmi Bakı inkişaf etməkdə olan ölkələrin hüquq və mənafelərini qoruyur
Eldar Əzizov Kocaeli Böyük Şəhər Bələdiyyə Başkanı ilə görüşüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mərkəzi Bank iki ödəniş təşkilatına icrası məcburi göstəriş verib
-
Şəkidə "Səyyar Gənclər Xidməti" layihəsinin açılışı olub
-
Azercell və "Samsung"dan yeni kampaniya!
-
Vaşinqtonda İsrail-Livan birbaşa danışıqlarının növbəti raundu başlayıb
-
AAF-nin prezidenti ilə Muhammed Yousef Al Mana arasında görüş keçirilib
-
Antiinhisar Dövlət Agentliyi AAYDA ilə bağlı araşdırmanı yekunlaşdırıb
