Makron üçüncü ölkələrdə miqrantların qaytarılması üzrə mərkəzlərin yaradılmasına qarşı çıxıb
Fransa Avropa İttifaqı (Aİ) hüdudlarından kənarda, üçüncü ölkələrdə miqrantların geri qaytarılması mərkəzlərinin yaradılmasını dəstəkləmir və bu cür layihələrin maliyyələşdirilməsi üçün Aİ büdcəsi vəsaitlərinin istifadəsinə qarşı çıxacaq.
"Report"un Avropa bürosu xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makron Aİ sammitinin yekunlarına dair mətbuat konfransında bildirib.
Makron qeyri-qanuni miqrasiyaya qarşı daha sərt Avropa siyasətini, o cümlədən müraciətlərə sürətləndirilmiş qaydada baxılmasını və Avropada qalmaq hüququ olmayan şəxslərin geri qaytarılmasını dəstəklədiyini təsdiqləyib.
Bununla yanaşı, o, miqrantların üçüncü ölkələrdə yerləşdirilməsi ideyasını tənqid edərək onu səmərəsiz və Avropanın fundamental prinsiplərinə zidd olduğunu vurğulayıb. Fransa Prezidenti həmçinin bu cür layihələrin Aİ büdcəsindən maliyyələşdirilməsi imkanını rədd edib.
"Mən Aİ-nin büdcəsinin, xüsusilə də Avropanın beynəlxalq siyasəti üçün nəzərdə tutulmuş büdcənin miqrantların qaytarılması üzrə mərkəzlərin tikintisi üçün istifadə olunmasına qarşı çıxacağam", - Makron deyib.
Onun sözlərinə görə, əgər ayrı-ayrı dövlətlər bu cür siyasət yürütmək istəyirlərsə, belə mərkəzlərin yaradılması məsələləri onların öz səlahiyyətində qalmalıdır, lakin Fransa belə bir modeli həyata keçirmək niyyətində deyil.
Makron həmçinin bu təşəbbüsün praktiki effektivliyinə şübhə ilə yanaşdığını bildirib və qeyd edib ki, üçüncü ölkələrdə uğurla fəaliyyət göstərən miqrantların qaytarılması üzrə mərkəzlərə dair heç bir nümunə bilmir.
Oxşar xəbərlər
Britaniya və Fransa qeyri-qanuni miqrantların geri qaytarılması ilə bağlı pilot layihə başlatacaq
Britaniya və Fransa qeyri-qanuni miqrantların geri qaytarılması ilə bağlı pilot layihə icra edəcək
Makron "istəklilər koalisiyası"nın növbəti görüşünün tarixini açıqlayıb
Makron: Fransa Avropada nüvə silahı daşıyan təyyarələrin yerləşdirilməsini müzakirə etməyə hazırdır
Makron Aİ-nin özünü müdafiə edəcəyinə əmindir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İlham Əliyev: "Bu gün yoxsulluğun və işsizliyin səviyyəsi təqribən 5 faiz təşkil edir"
-
Basqalda şəhid övladlarının "Zəfər" intellektual yay düşərgəsi keçirilib
-
Bakıda ITFC ilə yeni 3 milyard dollarlıq sazişlər imzalanıb
-
Xankəndi şəhərinə növbəti köç karvanı yola salınıb
-
Azərbaycanın uğur modeli sabitlik, etibarlılıq və uzaqgörən inkişaf strategiyasına əsaslanır - RƏY
-
Conatan Devid Kanada millisinin tarixinə düşüb
