ICD: İmzaladığımız sazişlər KOB-lara dəstəyi genişləndirməyi hədəfləyir
Azərbaycanla KOB sahəsində əməkdaşlıq genişlənir və yeni maliyyələşdirmə sazişləri imzalanır.
"Report" xəbər verir ki, bunu Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyasının (ICD) Bank işi departamentinin rəhbəri Ulan Abılgaziyev Bakıda keçirilən İslam İnkişaf Bankı (IsDB) Qrupunun 51-ci İllik Toplantısı çərçivəsində təşkil olunmuş panel müzakirələrində bildirib.
"Biz Azərbaycandan olan tərəfdaşlarımızla, o cümlədən Sahibkarlığın İnkişafı Fondu (hazırda Azərbaycan Biznesinin İnkişafı Fondu" ASC kimi fəaliyyət göstərir) ilə bir sıra mühüm sazişləri imzalamışıq. Bu sazişlər KOB-lara dəstəyi mahiyyət etibarilə daha da genişləndirməyi hədəfləyir. Biz beynəlxalq bir qurum olaraq həm şəriətə uyğun maliyyələşmə prinsiplərini dəstəkləyirik, həm də hökumətlərin daha çox KOB-u dəstəkləmək imkanlarını artırırıq. Çoxtərəfli inkişaf bankları olaraq biz əsas hökumətlərin, siyasət qurucularının, KOB agentliklərinin və investisiyaların təşviqi qurumlarının səylərini tamamlayırıq və onlara çox ehtiyac duyulan kapitalı təqdim edirik. Bu kapital adətən iki əsas istiqamətdə özünü göstərir: qısamüddətli dövriyyə kapitalı ehtiyaclarını qarşılayan ticarətin maliyyələşdirilməsi və əsasən 3–5 illik müddəti əhatə edən əsas vəsait xərclərinə yönəlmiş KOB maliyyələşdirilməsi. Bununla yanaşı, biz 10, 15 və hətta 20 ildən uzun müddətləri əhatə edən infrastruktur layihələrinin maliyyələşdirilməsinə də sərmayə yatırırıq", - deyə o qeyd edib.
Departament rəhbərinin sözlərinə görə, bu istiqamətdə birlikdə işləmək, səyləri ortaq bir çərçivə və ya layihə altında birləşdirmək və bu vəsaitlərin özəl sektor müəssisələrinin rifahı üçün daha səmərəli şəkildə necə yönəldilə biləcəyini müəyyənləşdirmək vacibdir: "Biz aydın şəkildə görürük ki, mövcud çətinliklər təkcə maliyyə resurslarının çatışmazlığı ilə bağlı deyil, həm də bu resursların daha effektiv, daha ağıllı şəkildə istifadə olunması ilə əlaqədardır. Məqsəd hər bir investisiyanın - hər bir manatın, ABŞ dollarının və ya digər valyutanın - KOB-ların inkişafına xidmət etməsi və nəticə etibarilə həmin ölkənin iqtisadiyyatına real töhfə verməsidir. Hesab edirəm ki, Azərbaycan da daxil olmaqla bəzi üzv ölkələrimiz biznesin böyüməsi üçün zəruri təşviqlər və tənzimləyici çərçivələr yaratmaq, həmçinin beynəlxalq qurumların rolunu gücləndirmək baxımından artıq mühüm addımlar atıblar".
Oxşar xəbərlər
ICD: Özəl sektorun inkişafı üçün üç əsas istiqamət müəyyənləşdirilib
IsDB, ICD və IsDBI Azərbaycanın İslam maliyyə infrastrukturunun gücləndirilməsinə kömək etməyə hazırdır
Xalid Xalafalla: "Azərbaycan Mərkəzi Asiyada İslam maliyyəsi üzrə hərəkətverici qüvvəsinə çevrilmək potensialına malikdir"
ICD Türk İnvestisiya Fondu ilə birgə Azərbaycanda KOB-ların kreditləşməsinə vəsait yönəldəcək
Mikayıl Cabbarov İslam İnkişaf Bankı Qrupunun Müdirlər Şurasının sədri təyin olunub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əlilliyi olan şəxslərin və digər həssas qrupların sosial xidmətlərə əlçatanlığı müzakirə edilib
-
Tomas Tuxel: "Xorvatiyaya qarşı öz oyunumuzu tapmağımız üçün bir qədər vaxt lazım gəldi"
-
DÇ-2026: İngiltərə Xorvatiyanı məğlub edib
-
Ümid Mamadaminov: "Xəzərdən keçən enerji dəhlizinin TİƏ-nin birinci mərhələsi gələn il başa çatacaq" - EKSKLÜZİV
-
"QHT işi" üzrə ittiham olunan mərkəz rəhbərinə hökm oxunub
-
Qana millisinin baş məşqçisi Karluş Keyroş: "Dünya çempionatında qələbə asan əldə olunmur"
