Papuaşvili Gürcüstan, Azərbaycan və Türkiyə XİN başçılarının görüşünün əhəmiyyətindən danışıb
sizinxeber.az xəbər saytı

Papuaşvili Gürcüstan, Azərbaycan və Türkiyə XİN başçılarının görüşünün əhəmiyyətindən danışıb


Gürcüstan, Azərbaycan və Türkiyə xarici işlər nazirlərinin üçtərəfli görüşü regional əməkdaşlığın vacibliyini bir daha vurğulayır.

APA-nın yerli bürosu xəbər verir ki, bunu Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili brifinqdə deyib.

O, üç ölkə arasında həm icra, həm də qanunvericilik orqanları səviyyəsində əməkdaşlıq formatlarının vacib olduğunu qeyd edib.

"Bu əməkdaşlıq formatları ölkələrin siyasətlərinin yaxınlaşması, region qarşısında duran çağırışlarla bağlı ümumi razılığın əldə olunmasına töhfə verir. Bu həm də dövlətlərimizin maraqlarının irəlilədilməsi üçün ölkələrimiz arasında iqtisadi əməkdaşlığa da aiddir", - Papuaşvili əlavə edib.

Qeyd edək ki, bu gün İstanbulda Azərbaycan, Türkiyə və Gürcüstan XİN başçılarının X üçtərəfli görüşü keçiriləcək.

Oxşar xəbərlər

Azərbaycan, Türkiyə və Gürcüstan parlamentlərinin Xarici əlaqələr komitələrinin Tbilisidə iclası keçiriləcək
Azərbaycan, Türkiyə və Gürcüstan XİN başçılarının üçtərəfli görüşü keçiriləcək
ABŞ-nin “xarici agentlər”lə bağlı qanunu Gürcüstan parlamentində müzakirəyə çıxarılacaq
Azərbacan-Türkiyə-Gürcüstan üçtərəfli parlament formatı yaradılacaq
Gürcüstanda FARA qanunu müzakirəyə çıxarılır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər