Anar Bağırov: Naxçıvanda keçiriləcək konfranslara xarici hüquqşünaslar da dəvət olunacaq
sizinxeber.az xəbər saytı

Anar Bağırov: Naxçıvanda keçiriləcək konfranslara xarici hüquqşünaslar da dəvət olunacaq


Azərbaycan Vəkillər Kollegiyası Naxçıvan Muxtar Respublikasında vəkillik institutunun inkişafına və güclənməsinə xüsusi önəm verir.

"Report"un yerli bürosu xəbər verir ki, bu sözləri Naxçıvanda jurnalistlərə müsahibəsində Azərbaycan Vəkillər Kollegiyasının sədri Anar Bağırov deyib.

O bildirib ki, bu məqsədlə hər il kollegiyanın təşkilatçılığı ilə muxtar respublikada müxtəlif tədbirlər keçirilir və bugünkü tədbir də məhz bu məqsədə xidmət edir:

"Mediasiya ölkəmiz üçün nisbətən yeni bir hüquq institutudur. Azərbaycan Vəkillər Kollegiyası bu institutun inkişafına və möhkəmlənməsinə dəstək göstərən əsas qurumlardan biridir və hesab edirəm ki, bu istiqamətdə artıq mühüm nailiyyətlər əldə olunub".

Anar Bağırov qeyd edib ki, vəkilliklə mediasiya arasında əməkdaşlıq bundan sonra da davam etdirilməlidir:

"Bu, ilk növbədə vətəndaşların həm hüquqi yardıma, həm də mediasiya xidmətlərinə əlçatanlığını artıracaq və onların məmnunluğuna müsbət təsir göstərəcək. Səfər çərçivəsində bu gün Culfa rayonunda yeni vəkillik bürosunun açılışı da həyata keçirildi. Hesab edirəm ki, hər şəhər və rayonda vəkillik bürolarının fəaliyyət göstərməsi olduqca vacibdir. Vətəndaşlarımız bu bürolara müraciət edərək keyfiyyətli hüquqi yardım ala biləcəklər.

Həmçinin səfər çərçivəsində Naxçıvan Dövlət Universitetinin Hüquq fakültəsi ilə əməkdaşlıq istiqamətində görüşümüz olacaq. Ümumiyyətlə, Azərbaycan Vəkillər Kollegiyası ölkədə fəaliyyət göstərən bütün ali təhsil müəssisələrinin hüquq fakültələrinə daim hərtərəfli dəstək göstərir və Naxçıvan Dövlət Universitetinin Hüquq fakültəsi də bu diqqətdən kənarda qalmayacaq".

Oxşar xəbərlər

Anar Bağırov: Vəkillər Kollegiyasına qəbul müntəzəm həyata keçirilir
Anar Bağırov Türkiyə Barolar Birliyinin sədrini təbrik edib
Naxçıvanda vəkillik və mediasiya mövzusunda regional konfrans təşkil olunub
Anar Bağırov: Yaxın gələcəkdə Türk dövlətlərinin Vəkillər Kollegiyaları Birliyi yaradılacaq
Anar Bağırov: Bu gün imtahanda rekord sayda namizəd iştirak edir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər