Hondurasda yol qəzasında yeddi nəfər ölüb
sizinxeber.az xəbər saytı

Hondurasda yol qəzasında yeddi nəfər ölüb


Hondurasın paytaxtı Tequsiqalpada baş verən ağır yol qəzasında yeddi nəfər ölüb, azı 10 nəfər xəsarət alıb.

"Report" xəbər verir ki, bu barədə "La Prensa" qəzeti xilasetmə xidmətlərinə istinadən məlumat yayıb.

Məlumata görə, Vilya-Nueva rayonunda ağır tonnajlı yük maşını ehtimal ki, əyləc nasazlığı səbəbindən idarəetmədən çıxaraq yüksək sürətlə bir neçə avtomobilə, müəssisəyə və piyadaya çırpılıb.

Ölənlər arasında yük maşınının sürücüsü Osman Quterres Espinal da var. Yaralılar paytaxtdakı xəstəxanalara aparılıb, onların vəziyyəti sabitdir və həyatları üçün təhlükə yoxdur.

Hadisə yerində xilasedicilər və polis işləyir, qəza ilə bağlı araşdırma aparılır.

Oxşar xəbərlər

Türkiyədə ağır yol qəzasında 7-si polis olmaqla 11 nəfər xəsarət alıb, ölən var
Pakistanın şimal-şərqində yol qəzasında azı 7 nəfər ölüb
ABŞ-da ağır yol qəzasında 4 nəfər ölüb, 17 nəfər yaralanıb
İsmayıllıda ağır yol qəzası olub, xəsarət alanlar var
Qaxda üç gün əvvəl yol qəzasında xəsarət alan sürücü xəstəxanada ölüb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər