Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlıq mövcuddur
Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlıq mövcuddur
“Avropa İttifaqının Mərkəzi Asiya ilə bağlı yeni əlaqələndirmə strategiyası enerji ilə yanaşı nəqliyyat və digər istiqamətləri də əhatə edir”.
Bunu Avropa Komissiyasının Enerji Təhlükəsizliyi və Beynəlxalq Əlaqələr üzrə direktoru Kristina Lobillo Borrero "Sizinxeber.az-Economics"ə açıqlamasında bildirib.
K. Lobillo Borrero qeyd edib ki, Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlıq mövcuddur.
“Bu tərəfdaşlıq bərpa olunan enerji, interkonnektorlar və enerji keçidi sahəsində əməkdaşlığı əhatə edir. Eyni zamanda, Avropa İttifaqının Rusiya qazından imtina prosesində qaz idxalı da mühüm əhəmiyyət daşıyır və bu baxımdan Azərbaycanla tərəfdaşlıq çox vacibdir”, - deyə o vurğulayıb.
Aİ rəsmisinin sözlərinə görə, Azərbaycanla əməkdaşlıq iki əsas istiqamətə söykənir: “Gələcəyin təmiz enerjisi, bərpa olunan enerji mənbələri və enerji bağlantıları, həmçinin hazırda Avropa İttifaqının enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayan qaz tədarükü...”
Oxşar xəbərlər
Avropa Komissiyası: Qaz mənbələrinin şaxələndirilməsi üçün Azərbaycanla tərəfdaşlıq çox önəmlidir
Kristina Lobillo Borrero Azərbaycanda səfərdədir
Aİ: Azərbaycan yeni əlaqələndirmə strategiyamızın ən mühüm tərəfdaşlarındandır
Aİ Azərbaycanla təmiz elektrik enerjisi ticarəti üzrə əməkdaşlıq etmək istəyir
Peter Mixalko: Azərbaycanın yaşıl keçid və bərpa olunan enerji sahəsindəki təşəbbüslərini dəstəkləyirik
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
ABŞ İrana zərbələr endirdi
-
Əlcəzair Prezidenti Azərbaycanla imzalanmış memorandumu təsdiq edib
-
İlham Əliyev: Zəngəzur dəhlizi mütləq inşa ediləcək
-
Cüdoçularımız Avropa Kubokunu 5 medalla tamamladı
-
Overçuk: Ermənistanın heç vaxt Rusiya qazından başqa qazı olmayacaq
-
Pezeşkian istefa verib? - Hökumətdən açıqlama
