Azərbaycan, Türkiyə və Gürcüstan parlamentlərinin Xarici əlaqələr komitələrinin Tbilisidə iclası keçiriləcək » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
17 
apr
2026
13:00
ff aaaaaaa

Azərbaycan, Türkiyə və Gürcüstan parlamentlərinin Xarici əlaqələr komitələrinin Tbilisidə iclası keçiriləcək

17 apr, 2026
13:00
859

Azərbaycan, Türkiyə və Gürcüstan parlamentlərinin Xarici əlaqələr komitələrinin Tbilisidə iclası keçiriləcək

Gürcüstan, Azərbaycan və Türkiyə parlamentləri arasında münasibətlər çox intensivdir. Tezliklə Tbilisidə hər üç ölkə parlamentinin Xarici əlaqələr komitələrinin üçtərəfli iclası keçiriləcək.

APA-nın yerli bürosu xəbər verir ki, bunu Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili İstanbulda jurnalistlərə açıqlamasında deyib.

O, ənənəvi üçtərəfli formatın məsələlərin parlamentlər səviyyəsində müzakirəsinə imkan verdiyini qeyd edib.

Papuaşvili həmçinin bildirib ki, Türkiyə, Gürcüstan, Azərbaycan və Ermənistan hökumətləri regionda sülhün qorunması kimi müdrik siyasət yürüdürlər.

Spiker bu gün Orta Dəhlizin əhəmiyyətinin daha da artıdığını vurğulayaraq məhz hökumətlərin sayəsində marşrut boyu ətrafda müşahidə edilən xaos və böhranların olmadığını deyib.

Bizimlə əlaqə saxlayın

×
×
×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul