Bakıda Azərbaycan–Litva dostluğuna həsr olunmuş tədbir keçirilib - FOTO
sizinxeber.az xəbər saytı

Bakıda Azərbaycan–Litva dostluğuna həsr olunmuş tədbir keçirilib - FOTO


Bakıda Azərbaycan–Litva dostluğu və repressiya qurbanlarının xatirəsinə həsr olunmuş tədbir keçirilib.

Sizinxeber.az xəbər verir ki, tədbir Azərbaycan və Litva Dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.

Litvanın Azərbaycandakı səfiri Kestutis Vaşkeleviçus, Azərbaycan Yazıçılar Birliyinin katibi Səlim Babullaoğlu çıxış edərək bu kimi tədbirlərin xalqların bir-birini daha yaxşı anlamasına mühüm töhfə verdiyini vurğulayıb.

Mikayıl Müşfiqin ailə üzvləri bu cür tədbirlərin gənc nəslin maarifləndirilməsində rolunu qeyd ediblər.

Çıxışlarda qeyd olunub ki, Azərbaycan və Litva xalqları tarix boyu oxşar talelər yaşayıb, xüsusilə XX əsrdə siyasi repressiyaların ağır nəticələri ilə üzləşib.

Repressiya qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, “Sözün represiyası” sənədli filmindən fraqmentlər nümayiş etdirilib, həmçinin Litva səfirliyi tərəfindən hazırlanmış videoçarx təqdim olunub.

Tədbirdə Mikayıl Müşfiq, Əhməd Cavad, Hüseyn Cavid kimi görkəmli ədiblərin taleyindən danışılıb, eyni zamanda, Litva tarixində repressiya qurbanı olmuş tanınmış şəxsiyyətlər yad edilib.

Oxşar xəbərlər

Səfir: Litva və Azərbaycanın sovet repressiyaları ilə bağlı ortaq faciəvi tarix səhifələri var
FHN-də Heydər Əliyevə həsr olunmuş tədbir keçirilib
Litva və İsrail səfirləri Bakıda Azərbaycanla əməkdaşlığı müzakirə ediblər
Litva ABŞ-ın əlavə hərbçi kontingentini qəbul etməyə hazırdır
FHN-də Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbir keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər