Azərbaycan, Türkiyə və Gürcüstan XİN başçılarının üçtərəfli görüşü keçiriləcək
sizinxeber.az xəbər saytı

Azərbaycan, Türkiyə və Gürcüstan XİN başçılarının üçtərəfli görüşü keçiriləcək


Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin üçtərəfli formatda görüşü keçiriləcək.

Sizinxeber.az-nın Tbilisi müxbiri xəbər verir ki, bu barədə Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili Türkiyəyə səfərini və həmkarı Hakan Fidanla görüşünü dəyərləndirərkən deyib.

O, görüşün yaxın günlərdə Türkiyədə baş tutacağını qeyd edib.

“Biz hər ikimiz Gürcüstan, Azərbaycan və Türkiyə arasında üçtərəfli əməkdaşlıq formatını alqışladıq. Biz həmçinin yaxın gələcəkdə üçtərəfli formatda görüşün keçirilməsinə razılaşdıq. Regional əməkdaşlıqda maraqlı olmağımıza əsaslanaraq bu görüşə Türkiyə ev sahibliyi edəcək. Bu formatda əlaqələrimizin gücləndirilməsi və möhkəmləndirilməsi çox vacibdir”, - Boçorişvili deyib.

Oxşar xəbərlər

Azərbaycan, Türkiyə, Gürcüstan müdafiə nazirlərinin görüşü keçiriləcək
Azərbaycan və Gürcüstan liderlərinin müzakirə edəcəyi məsələlər açıqlanıb
Ərdoğanın Gürcüstana səfəri gözlənilir
Batumidə Azərbaycan-Gürcüstan-Türkiyə müdafiə nazirlərinin görüşü keçiriləcək
TDT-nin növbəti Zirvə Görüşü Azərbaycanda keçiriləcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər