KİV: Uitkoff və Kuşner nüvə mütəxəssisləri ilə görüşüblər
sizinxeber.az xəbər saytı

KİV: Uitkoff və Kuşner nüvə mütəxəssisləri ilə görüşüblər


ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və Cared Kuşner İranla aparılan danışıqlar çərçivəsində Tennessi ştatındakı Oak Ridc Milli Laboratoriyasında məsləhətləşmələr keçiriblər.

Bu barədə “Axios” portalı məlumat yayıb.

Nəşrin yazdığına görə, Oak Ridcdə keçirilən görüş Vaşinqton və Tehran arasında razılaşmanın mütləq əldə olunacağı anlamına gəlmir. Bununla belə, bu addım danışıqların ciddi mərhələyə daxil olduğunu və tərəflərin mümkün nəticələrə hazırlaşdığını göstərir.

“Bu, razılaşmanın baş tutacağı demək deyil. Lakin danışıqların çox ciddi mərhələdə olduğuna, uğur əldə etmək üçün real imkanların mövcudluğuna və buna hazır olmaq istədiyimizə işarədir”, – deyə adının açıqlanmasını istəməyən ABŞ rəsmisi bildirib.

Məqalədə qeyd olunur ki, Uitkoff və Kuşner Oak Ridcdə daha əvvəl Omanda İranla aparılan danışıqlarda iştirak etmiş nüvə mütəxəssisləri ilə də görüşüblər.

ABŞ rəsmisinin sözlərinə görə, məsləhətləşmələrdə İranla mümkün razılaşmanın texniki aspektlərinin həyata keçirilməsi üzrə təcrübəyə malik aparıcı amerikalı nüvə mütəxəssisləri iştirak ediblər.

Oxşar xəbərlər

Uitkoff və Kuşner İranla danışıqların bir hissəsi olaraq ABŞ-nin nüvə laboratoriyasına baş çəkiblər
Uitkoff: İran-ABŞ danışıqları çox müsbət və konstruktiv olub
Tramp İranla danışıqların yeni raundunu elan edib
Tramp: Uitkoff uğurlu görüş keçirib
Uitkoff və Kuşner İranla danışıqlar üçün İslamabadda qalıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər