Culfada Vəkil Bürosunun açılışı olub
sizinxeber.az xəbər saytı

Culfada Vəkil Bürosunun açılışı olub


Naxçıvan Muxtar Respublikasının (MR) Culfa rayonunda Vəkil Bürosu fəaliyyətə başlayıb.

"Sizinxeber.az"un yerli bürosu xəbər verir ki, açılış mərasimində muxtar respublikanın rəsmi şəxsləri, Vəkillər Kollegiyasının rəhbərliyi və yerli vəkillər iştirak ediblər.

Tədbir çərçivəsində qonaqlara yeni inzibati bina təqdim olunub, yaradılan iş şəraiti ilə yerində tanışlıq keçirilib.

Eyni zamanda, vəkillərlə görüş keçirilib, onların peşə fəaliyyəti zamanı qarşılaşdıqları məsələlər və təklifləri dinlənilib. VK rəhbərliyi tərəfindən görülən işlər və qarşıda duran vəzifələr barədə məlumat verilib, vəkilləri maraqlandıran suallar cavablandırılıb və qarşılıqlı müzakirələr aparılıb.

Oxşar xəbərlər

Vəkillər Kollegiyasının rəhbərliyi işə yeni qəbul edilən vəkil köməkçiləri ilə görüşüb
Naxçıvan xəstəxanasına direktor təyin olunub
Bir vəkilin fəaliyyəti dayandırılıb, beşinə töhmət verilib
“Vəkildən tələbəyə” layihəsinə start verilib
Naxçıvan Rəssamlar Birliyinə sədr seçilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər